18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyətə malikdir. 

Muxtar respublikada bu kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi diqqətdə saxlanılmış, dövlət pro­qramında müəyyənləşdirilən vəzifələr yerinə yetirilmişdir. Belə ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbi üzrə həyata keçirilən tədbirlər çərçivəsində əvvəlcə müvafiq yaşlı sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılmışdır. Hazır­da muxtar respublikada bu yaş kateqoriyasına aid olan 363 uşaq vardır. 2016-cı ildə sağlamlıq imkanları məhdud 59 uşaq məktəbəqədər təhsil müəssisələrinə, 16 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına, 8 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, nitq qüsuru olan 20 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsində tədrisə cəlb edilmişdir.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və əqli inkişaflarını, habelə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün tədrisdə müasir təlim üsulları tətbiq edilmiş, təlim-tərbiyə üzrə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən kurslara 158 müəllim, metodist və tərbiyəçi cəlb edilmişdir. Həmçinin Təhsil Nazirliyi tərəfindən məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar üçün 231 adda xüsusi tədris vəsaitləri və 20 adda müxtəlif mövzuda audiokitablar Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə və Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarına təhvil verilmişdir.
2016-2017-ci tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud 127 uşaq qeydə alınmışdır. Tədris ilinin əvvəlində mövcud potensialları nəzərə alınaraq müvafiq kateqoriyalı 88 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə cəlb edilmiş, müvafiq kateqoriyalı 273 uşaq məktəbli geyimi və məktəbli ləvazimatı ilə, həmçinin qış geyimi ilə təmin olunmuşdur. Ötən il muxtar respublikanın ümumtəhsil məktəblərində 942 sağlamlıq imkanları məhdud uşaq, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə isə 8 uşaq təhsil almışdır. Tədris ili ərzində muxtar respublikanın ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi, məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılmışdır. Sağlamlıq imkanları məhdud uşaqların təhsilində mütərəqqi üsulların tətbiqi məqsədilə fənn kurikulumları üzrə tədris həyata keçirilmişdir. Hazırda sağlamlıq imkanları məhdud uşaqlardan 91-i əlaçıdır.
Tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən il ərzində şagird və müəllimlər arasında maarifləndirici söhbətlər aparılmış, bu qəbildən olan uşaqların tədrisdə iştirakını, habelə fərdi nəticələrini müəyyənləşdirmək üçün məktəblərdə psixoloqlar və valideynlərlə görüşlər keçirilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən uşaqların təhsilə cəlbini təmin etmişdir. 2016-2017-ci tədris ilinin əvvəlində sağlamlıq imkanları məhdud 3 uşaq distant tədrisin 1-ci sinfinə qəbul edilmişdir. Hazırda Distant Tədris Mərkəzində 23 uşaq təhsil alır. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 3 müəllim məşğul olur. Bununla yanaşı, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 8 uşaqdan ibarət 2 qrupda tədris davam etdirilir. İl ərzində distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın muzeyləri ilə keçilən 8 interaktiv dərsdə iştirakı təmin edilmişdir.
Ötən il Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində psixoloji dəstək xidməti yaradılmış, xidmətin əməkdaşları 3 dəfə Bakı şəhərinə ixtisasartırma kurslarına göndərilmişdir. İl ərzində psixoloji dəstək xidmətinə 36 uşaq cəlb edilmişdir. Diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün isə mərkəzdə müasir tədris vasitələri ilə təmin olunmuş təlim-bərpa otağı istifadəyə verilmiş, art terapiya kursları təşkil olunmuşdur. Bununla yanaşı sağlamlıq imkanları məhdud uşaqlarda kiçik motorikanın inkişaf etdirilməsi məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində əmək terapiyası otağı istifadəyə verilmişdir.
Bu gün yuxarı siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbi qarşıda duran əsas vəzifələrdəndir. Dövlət proqramında bu istiqamətdə də müvafiq işlərin görülməsi nəzərdə tutulmuşdur. Ötən dövrdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məşğələlər keçirilmiş, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. 2016-2017-ci tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 2, Naxçıvan Dövlət Texniki Kollecinə 3, Naxçıvan Tibb Kollecinə isə müvafiq kateqoriyalı 5 uşaq qəbul olmuşdur. Hazırda həmin müəssisələrdə müvafiq kateqoriyalı 26 uşaq təhsil alır.
Sağlamlıq imkanları məhdud uşaqların tətil günlərini səmərəli keçirmələri üçün təşkil olunan gəzinti və ekskursiyalar da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Ötən il yay tətili günlərində 90 uşaq Ağbulaq İstirahət Mərkəzinə, dayaq hərəkət sistemi problemləri olan 5 uşaq Türkiyə Respublikasının Dənizli vilayətindəki Nobel Tibb Mərkəzinə, 5 uşaq isə Bakı şəhərindəki Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Dövlət Reabilitasiya Müəssisəsinə göndərilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində də davamlı işlər görülür. 2016-2017-ci tədris ilinin əvvəlində sağlamlıq imkanları məhdud 26 uşaq musiqi məktəblərinin 1-ci siniflərinə cəlb edilmişdir. Hazır­da muxtar respublikanın musiqi məktəblərində müvafiq kateqoriyalı 123 uşaq təhsil alır. İl ərzində 48 uşaq şahmat məktəblərinə, 163 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 144 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən müvafiq xidmətlərə, 70 uşaq isə idman qruplarına cəlb edilmişdir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud 125 uşaq barədə məlumat bazası yaradılmışdır.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Ötən il bu kateqoriyadan olan uşaqlar arasında müxtəlif yaradıcılıq müsabiqələri, mütaliə yarışları keçirilmiş, tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilmiş, uşaqların ifasında tamaşa hazırlanaraq nümayiş olunmuşdur. Həmçinin bir qrup uşağın Naxçıvan şəhərində fəaliyyət göstərən “Əyləncə adası” Əyləncə və İstirahət Mərkəzində istirahətləri təşkil olunmuşdur. Qeyd olunanlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət 2 sərgi­-müsabiqə təşkil edilmiş, ümumilikdə, 29 müəllifin 87 rəsm və əl işi, sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda isə bu qəbildən olan 26 uşağın 78 rəsm və əl işi nümayiş olunmuşdur.
Ötən il uşaqlar arasında müxtəlif idman tədbirləri də keçirilmiş, sağlamlıq imkanları məhdud uşaqlardan ibarət boccia və masaüstü tennis üzrə bölmələr təşkil olunmuşdur. Qeyd olunanlarla yanaşı, bədii gimnastika bölməsinin də fəaliyyəti davam etdirilmişdir. Sumqayıt şəhərində keçirilən II Uşaq Par­alimpiya Oyunlarında sağlamlıq imkanları məhdud 3 uşağın iştirakı təmin olunmuş, boccia paralimpi­ya növü üzrə idmançılardan biri ­1-ci, digəri isə 3-cü yerə layiq­ görülmüşdür.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilmişdir. İl ərzində audio kitabxana fonduna 95 audiomaterial, elektron kitabxana fonduna isə 129 yeni elektron kitab əlavə edilmişdir. Hazır­da audio kitabxana fondunda 1217, elektron kitabxana fondunda 664, brayl kitabxana fondunda isə 970 kitab mövcuddur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasından müqavilə əsasında uşaq ədəbiyyatına dair 124 kitab təhvil alınaraq Mərkəzin kitabxanasında yerləşdirilmişdir. Görmə məhdudiyyətli şəxslər üçün nəşr olunan “Könül işığı” adlı brayl jurnal da hər ay abunəçilərə təqdim edilmişdir. Bu dövrdə kütləvi informasiya vasitələrinin imkanlarından da istifadə olunaraq maarifləndirici verilişlər hazırlanmış, qəzet məqalələri dərc olunmuşdur.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” bundan sonra da uğurla icra olunacaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6245134
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10360
22591
67188
295437
6245134

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter