19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Qədim Naxçıvan təbii sərvətlərlə zəngin bir diyardır. Dünyada müqayisə ediləcək ikinci elə bir yer yoxdur ki, Tanrı ərazicə kiçik diyarda bu qədər möcüzə yaratsın. Hələ orta əsr səyyah və coğrafiyaşünaslarının əsərlərində bu qədim diyarın ərazisində olan mineral bulaqlar haqqında məlumatlar yer alıb. Alimlər tərəfindən “Mineral bulaqlar muzeyi” adlandırılan Naxçıvanda bu “muzeyin” hələlik 250 “eksponatı” aşkarlanıb. 

Naxçıvanın rəmzinə çevrilən, bu gün həm süfrə, həm də müalicəvi su kimi istifadə edilən mineral bulaqlardan bir neçəsi barədə bəhs etmək üçün mütəxəssis sözünə ehtiyac duyduq. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova ilə görüşüb həmsöhbət olduq. Badamlı, Sirab, Darıdağ, Gülüstan, Nəhəcir, Əshabi-Kəhf suları barədə onun fikirlərinə, həmçinin min illərdir ki, insanların inam ocağına çevrilən Gömür bulağı, Dəmirli yaylağındakı müalicəvi sular barədə Fizzə Məmmədovadan və yaşlı sakinlərdən öyrəndiklərimizə əsasən bu yazını araya-ərsəyə gətirməyə çalışdıq.

Badamlı adı var, nə şirin dadı var

Şahbuz rayonunun eyniadlı kəndindən 3 kilometr cənub-qərbdə, 28 bulaqdan çağlayan “Badamlı” mineral suyu tədqiqatçıların fikrincə, dəniz səviyyəsindən 1274 metr yüksəklikdəki bir ərazidə on doqquzuncu əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxıb. Bu yaşayış məskəninin yaşlı sakinləri mineral su yatağının “Badamlı” adlandırılmasını badam bağlarına yaxın yerdə aşkar edilməsi ilə əlaqədar olduğunu söyləyirlər.

Badamlı suyunun ilk dəfə istehsalına 1947-ci ildə kənddə yaradılan kiçik müəssisədə başlanılıb. Ümummilli ­liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilib, istehsal gücü 18 min butulkaya çatdırılıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayandırılmasına səbəb olub.
2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Beləliklə, tərkibində olan bir sıra mikroelementlərə görə qiymətli təbii müalicə vasitəsi hesab edilən – immunitetin zəifləməsi, tez-tez infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabi prosesləri zamanı müalicəvi əhəmiyyət kəsb edən, həmçinin tərkibindəki sink elementinə görə ateroskleroz, ürək xəstəlikləri, xərçəng, artritlər, diabet, mədə yarası, bronxial-astma, pnevmoniyalar, bruselyoz xəstəliyi zamanı da faydalı olan “Badamlı” mineral suyu hazırda nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da alıcıların rəğbətini qazanıb.

Hər damlasında həyat var

“Sirab” mineral suyu Babək rayonunun Sirab kəndi ərazisində Kəlbəağıl vadisində 250 metr dərinlikdən qaynayıb üzə çıxır. Xalq sirabın möcüzəvi xassələrinə görə onu “sirli su” adlandırıb. Mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu xassələrə malik olan sirab tədqiq edildikdən, tərkibi araşdırıldıqdan sonra aydın olub ki, bu mineral su aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəliklərə də müsbət təsir edir, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə faydalı olur.
Sirab kəndinin yaşlı sakini Orucəli Fərzəliyev suyun tədqiq edilməmişdən əvvəl insanlar tərəfindən necə istifadə olunması barədə söz salaraq dedi ki, çox keçmişdən Kəlbəağıldan çıxan bulaq, həmçinin onun yaxınlığında olan şorsu insanların şəfa ocağına çevrilib. Yay aylarında bu ərazidə “iynə atsaydın, yerə düşməzdi”. Nəqliyyatın olmadığı dönəmlərdə atla, ulaqla müxtəlif yerlərdən buraya insanlar gəlib şorsudan vanna qəbul edir, həmçinin qablara doldurub evlərinə aparırdılar.
Sirab suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılıb. Sirabın dünya bazarına çıxarıldığı illər ümummilli­ lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir və həmin dövrdə zavodun tam gücü ilə işləməsi təmin olunmuşdu. Amma ötən əsrin 90-cı illərində baş verən məlum hadisələr, muxtar respublikanın blokadaya alınması bu zavodun fəaliyyətini də, demək olar ki, iflic vəziyyətinə saldı. Muxtar respublikamızda son iyirmi ildə bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər 2003-cü ildə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin də yaradılmasına stimul verdi. Müasir texnoloji tələblərə və standartlara cavab verə biləcək avadanlıqların quraşdırıldığı zavodda müxtəlifhəcmli 19 çeşiddə məhsul istehsal olunur. Bu gün dünya ölkələrində rəğbətlə qarşılanan “Sirab” mineral suyu müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə dörd qızıl və bir gümüş medal qazanıb. Həmçinin dəfələrlə “İlin brendi”, “Biznesdə uğur” mükafatlarına layiq görülüb. “Mükəmməl ləzzət” mükafatını qazanması da “Sirab” mineral suyunun yüksək keyfiyyətinə dəlalət edir və bunun nəticəsidir ki, hazırda Sirabın dünyanın bir çox ölkələrdə kifayət qədər alıcısı var.

Sirli-sehrli bulaqlar içində bunlar da var

Fizzə Məmmədova digər müalicəvi su mənbələri haqqında da məlumat verərək bildirdi ki, “Gülüstan” mineral suyu Culfa rayonunun ərazisində, Gülüstan kəndindən 2,5 kilometr aralı, Əlincəçay məcrasındadır. Bu mineral su mənbəyi 1962-ci ildə qazılıb və dərinliyi 135 metr olan quyudan çıxır. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-natriumlu-kalsiumlu-maqneziumludur. Tərkibi Rusiyanın “Kislovodsk” suyu ilə eynidir. İnsanlar bu sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə ediblər.
Əshabi-Kəhf mineral su yatağı Babək rayonu ərazisində, Əshabi-Kəhf ziyarətgahına gedən yolda, eyniadlı dağın ətəyindədir. Hər 15 dəqiqədən bir qaynayıb köpüklənir. Su radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-xlorlu-sulfatlı, natriumlu-kalsiumludur. Rusiya Federasiyasındakı “Pyatiqorsk” suyunun analoqudur. Bu su sinir, ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində faydalıdır.
Nəhəcir bulağı Culfa rayonunun ərazisində, Nəhəcir kəndi yaxınlığında, dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, natriumludur. Kimyəvi tərkibinə görə “Yesentuki” tipli olub, mədə-bağırsaq xəstəliklərində əvəzolunmaz vasitədir. Sinir və əsəb xəstəlikləri, eyni zamanda dişlərin mina qatının möhkəmləndirilməsində geniş istifadə edilir. Bu su da 15 dəqiqədən bir qaynayıb üzə çıxır. Təxminən, 5 metr hündürlüyə yüksəlir, sonra getdikcə mənbəyinə qayıdıb sakitləşir.
Naxçıvanın müalicəvi suları içərisində bir müalicəvi su da var. Bu su Culfa rayonunun Ləkətağ kəndindən Dəmirli yaylağı istiqamətində yolun sol tərəfində kiçik qayanın sinəsində yerləşir. Çox qəribədir ki, bu su da 15 dəqiqədən bir qaynayıb üzə çıxır, köpüklənir, quyudan ətrafa yayılır. Və sonra sakitləşib yenidən məcrasına qayıdır. Qayanın üzərinə qırmızıtəhər naxışlar yayılır, bu isə onun tərkibində müəyyən qədər dəmirin olması ilə əlaqədardır.
Bu üç bulağın xüsusiyyətlərinin eyni olmasını Fizzə Məmmədova onların tərkibinin və formalaşmasının yaxınlığı ilə izah edir: “İnfiltrasiya tərkibli bu üç su mənbəyinin qarşılıqlı əlaqəsi onların növbə ilə yer səthinə çıxmasına şərait yaradır”.
Şahbuz rayonunun Gömür kəndi ərazisində qərinələrlə yaşı olan müalicəvi əhəmiyyətə malik “Şorsu” deyilən şəfa mənbəyindən də istifadə edib xeyrini görənlər az deyil. El arasında bu suya “Dəri suyu” da ­deyilir.
Bir sözlə, Uca Yaradanın Naxçıvan torpağına bəxş etdiyi nemətlər, mineral sərvətlər çoxdur. Baxmayaraq ki, ionların sirli birləşməsindən əsrarəngiz və təkrarsız “şəfa qaynağı” adlanan mineral suların bu gün az bir hissəsindən istifadə olunur. Dünya alimlərinin bir araya gəlib bir damlasını belə, sintez edə bilmədikləri qədər sirli olan bu sularımız onlarca dərman preparatlarını əvəz etməyə qadirdir...

(Ardı var)

 Hafizə Əliyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033387
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
197
5369
10619
84718
3033387

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter