01 İyun 2020, Bazar ertəsi

       15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə, 10 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandir və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktik vərdişlərinin təkmilləşdirilməsinə ­yönəldilib.

Ardını oxu...

Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də Ramazan bayramı, bəzən də azərbaycanlıların təbirincə desək, Orucluq bayramıdır. Orucluq bayramı da ilin mübarək, möminlərin qəlbinə sevinc bəxş edən günlərindən biridir. İslam dininə görə, oruc tutmaq müsəlmanların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ramazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dünyasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Müqəddəs "Qurani-Kərim" Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu "Quran"ın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu may ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb.

Fonddan bildirilib ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR