02 İyun 2020, Çərşənbə axşamı

Səhər saatlarıdır. Şəhərdən çıxırıq. Üfüqdən az əvvəl boylansa da, qışın soyuq gecəsində üşümüş torpağı qızdırmaq üçün gücü çatmayan, buludların arxasından ara-sıra görünərək tez-tez də gizlənən qızılsaçlı Günəşin zəif şüaları altında xidməti avtomobilimizdə sürətlə irəliləyirik. Maşınların səs-küyü, siqnal səsləri, işıqforlarda gözləmək, işlərinə gecikməmək üçün tələsən adamların xəfifcə həyəcanlı görünən üzləri, ictimai nəqliyyat dayanacaqlarında tez-tez saata baxaraq avtobus gözləyən tələbə və müəllimlər. Bunlar hamısı arxada qalır. Biz Şahbuz rayonunun ucqar dağ kəndlərindən birinə yollanırıq – ölkəmizin bənzərsiz gözəlliyə malik yaylaqlarından olan Batabatın iki addımlığında yerləşən, uca dağların qoynunda qərar tutan Biçənək kəndinə: Şahbuzun buz kimi bulaqlarının çağladığı, Zəngəzur silsiləsinə birləşən, hələ bir neçə gün əvvəl ağ yorğanını üstünə çəkmiş dağların qoynunda qərar tutan Biçənəyə. O Biçənəyə ki yeni görkəmindən, nikbinlik doğuran növrağından verəcəyimiz sevindirici xəbərlər qəzetimizin doğma yurdun çiçəklənməsindən fərəh hissi keçirən bütün oxucularının sevincinə sevinc payı qatacaq.

Yolların kənarındakı otların üstündə, ağacların gövdələrində qırov görünür. Gecə soyumuş hava azacıq belə olsun, qızmayıb. Amma bu, yol inşaatçılarını qətiyyən işdən saxlamır. Onların hamısı iş başındadır. Naxçıvan şəhərindən başlayaraq bizim üz tutduğumuz ünvanadək uzanacaq yeni yolun çəkilişi ilə məşğuldular. Qreyderlər işləyir, yük maşınları torpaq, qum, çınqıl daşıyır. Güclü traktorlar daşları, qayaları parçalayıb dağıdır. Fəhlələr yolun üstündə yerləşən köhnə körpüləri söküb yenisini tikirlər. Su­ötürücü qurğular quraşdırırlar.

Ardını oxu...

Muxtar respublikada qadınların problemlərinin öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılaraq onların məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olanlara sosial yardımlar təyin edilir, tənha qadınlara evlərində xidmət göstərilir.
Həyata keçirilən tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçı­lığı ilə xüsusi qayğıya ehtiyacı olan Naxçıvan şəhəri, “İstiqlal” 133, mənzil 1 ünvanında yaşayan I qrup əlil, tənha qadın Ələsova Pərizad Ələkbər qızı ilə görüş keçirilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları qadının yaşayış vəziyyəti ilə maraqlanmış, evində səliqə-sahman işləri aparmış, onu tibbi müayinədən keçirərək müalicəyə cəlb etmiş, qadına ərzaq payı və hədiyyə vermişlər. Bundan başqa, məişət şəraitinin yaxşılaşdırılması məqsədilə aidiyyəti təşkilatlar tərəfindən su-kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırılmışdır.
Pərizad Ələsova göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Evində “Qadın milli missiyaların daşıyıcısı kimi” mövzusunda konfrans keçirilib.
Konfransı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Qadınlar milli dəyərlərin daşıyıcısıdır” mövzusunda çıxış edib.
Bildirilib ki, bu gün Azərbaycan qadını ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Məhz buna görə də böyük mədəni irsə malik olan xalqımız qadının ailədə və cəmiyyətdəki roluna həmişə böyük ehtiramla yanaşıb. Bu gün cəmiyyətimizdə qadın adının uca tutulmasının əsas səbəblərindən biri də odur ki, qadınlarımız milli dəyərlərimizi övladlarımıza aşılayandırlar. Uşaqları milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının – ananın müqəddəs amalıdır. Azərbaycan qadını ana kimi də milli missiyanın daşıyıcısıdır. Ana adı hamı üçün əziz və müqəddəsdir. Çünki o, bütün insani keyfiyyət, ülfət, məhəbbət və xeyirxahlıqların mənbəyidir. Ananın övladının qayğısına qalması xalqımıza məxsus ən üstün keyfiyyətlərdəndir. Bu, hər bir Azərbaycan qadınının yerinə yetirdiyi milli missiyasının fövqündə dayanır.

Ardını oxu...

Sədərək kəndində quruculuq işləri bu il də davam etdirilib

Yol boyu düşüncələr

Hələ Şərur rayonundan çıxarkən uzaqdan bomboz siması ilə diqqəti çəkən, möhtəşəmlik rəmzi olan, min illərdir ki, beləcə məğrur-məğrur dayanan sıra dağların əhatəyə aldığı Sədərək bölgəsinə üz tutanların burada gördüklərindən hansı hissləri keçirdiklərini deyə bilmərəm. Ancaq mənə həmişə elə gəlir ki, bu yurd yeri doğma diyarımızın bəzi bölgələrindən fərqli bir məkandır. Öz daxili “mən”imlə baş-başa qalıb bu fərqi tapmaq istəyirəm: fərq Sədərəyin sərhəd bölgəsi olduğuna görədirmi? Düşünürəm ki, Sədərək onlarla belə bölgələrimizdən biridir. İnsanların məğrurluğuna, qonaqpərvərliyinə görədirmi? Bu da səbəb deyil. Çünki xalqımız qonaqpərvər xalqdır, məğrur xalqdır. Bəlkə, bu bölgədə həyata keçirilən quruculuq tədbirlərinin həcmi məni bu düşüncələrə sövq edir? Bu sualın da cavabı birmənalıdır: bu gün muxtar respublikamızın elə bir guşəsi yoxdur ki, orada genişhəcmli quruculuq tədbirləri həyata keçirilməsin...
Yaşadığım hissləri və düşüncələrimi rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmud­ovla bölüşürəm. Çöhrəsinə təbəssüm qonur. Bir qədər sonra dillənir:

Ardını oxu...

Azərbaycan Respublikasının bütün sahələrdə əldə etdiyi uğurlar Heydər Əliyev dühasının bəhrəsidir. Məhz ulu öndərimizin müdrikliyi, zəngin təcrübəsi və gərgin əməyi sayəsində bütün sahələrdə həyata keçirilən tədbirlər uğurlu olmuş, nəticədə, ölkə iqtisadiyyatında davamlı və uzunmüddətli inkişaf təmin  edilmişdir. Sığorta-pensiya sistemində mövcud vəziyyətə diqqət yetirsək, görərik ki, bu sahədə də uğurlu və məqsədyönlü islahatlar aparılmış, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqənin həyat səviyyəsi yaxşılaşdırılmışdır.

Ümumilikdə, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 8 fərman və sərəncam imzalanmış, əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği bu illər ərzində 8 dəfə artmışdır. Pensiya və müavinətlərin orta aylıq məbləğinin orta aylıq əməkhaqqına olan nisbəti 1998-ci ildəki 24,7 faizdən 2003-cü ildə 31 faizə yüksəlmişdir.
Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təyinatı sisteminin idarə olunmasını təkmilləşdirmək məqsədilə ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın təsdiq edilməsi respublikamızda ardıcıl surətdə pensiya islahatının aparılması və pensiya təminatı sisteminin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində yeni siyasi xəttin qəbul edilməsini müəyyən etmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin pensiya islahatı konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Həyata keçirilən islahatlar pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması, məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir.

Ardını oxu...

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR