04 Avqust 2020, Çərşənbə axşamı

Az qalmışdı ki, Şərura çataq, şəhərin uzun illər bundan əvvəlki miskin görkəmi yadıma düşdü. Rayonun bu mənzərəsini yaxşı xatırlayıram. Əslən bu rayondan olduğum üçün yaşımın bu vədəsinə kimi hər həftə, hər ay Şərura getmişəm. Ona görə də Şərurun dünənini və bu gününü müqayisə etmək mənim üçün heç də çətin deyil.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Şərurun şəhər olmağı yalnız adında idi. Nə yolları yol idi, nə də küçələri. Piyadalar üçün gediş-gəliş yollarını zəbt edən primitiv köşkləri, yöndəmsiz, köhnə tikililəri rayon sakinləri yaxşı xatırlayırlar. Kəskin şaxtalı-çovğunlu qışın gəlişi qayğıları daha da artırırdı. Uzun qış gecələri dözülməz olurdu. Bu saatlarda şəhər zülmətə bürünürdü. Heç yadımdan çıxmaz. Təxminən, 1994-cü il idi. Qonşuluqda yaşayan ailələrdən biri Naxçıvan şəhərinə köçürdü. Həmin gün valideynlərimizin etdiyi söhbəti indi də yaxşı xatırlayıram. Qonşu Tünzalə xala burada vəziyyətin dözülməz olduğunu, çörək pulu qazanmağın çətinliklərini və gün-güzəranlarının getdikcə pisləşdiyini ürəkağrısı ilə anama danışaraq tez-tez ah çəkirdi. O səhnəni yəqin ki, unuda bilməyəcəm. İndi hər dəfə o küçədən keçəndə istər-istəməz o evə tərəf boylanıram. Uşaqlıq xatirələrimin yaşadığı bu ünvanı bugünkü görkəmdə görəndə gözlərimə inanmıram. Sanki bu küçə elə bu gün gördüyüm kimi olub – uzun illər bundan əvvəl uçuq-sökük evin yerində, necə deyərlər, saray ucaldılıb. Tünzalə xalagil neçə illər əvvəl doğma Şərur torpağına qayıdaraq burada özlərinə yaxşı şərait yaradıblar.

Ardını oxu...

Bu mövzuda tədbir keçirilmişdir

25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə “Məişət zorakılığı ailə dəyərlərimizə ziddir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova açaraq “Məişət zorakılığı – ailə institutumuza təhlükə mənbəyi kimi” mövzusunda çıxış etmişdir. Ailələrdə baş verən problemlərdən söz açan Aytən Məmmədova məişət zorakılığının müxtəlif təzahürlərindən,  ailədaxili münaqişələrdən, onların fəsadlarından danışmışdır. Bildirmişdir ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində məişət zorakılığı və xüsusən də gender əsaslı məişət zorakılıqları hələ də davam etməkdədir. Lakin digər ölkələrlə müqayisədə bu problem ölkə­mizdə genişmiqyaslı deyil, muxtar respublikamızda isə demək olar ki, yox dərəcəsindədir.

Ardını oxu...

Ələhi, Xurs və Nürgüt kəndlərində bir gündə 8 obyekt istifadəyə verilib

Yazıya giriş

Ordubad rayonunun Ələhi, Xurs və Nürgüt kəndləri rayonun Gəmiqaya qolu üzərində yerləşir. Bu qol rayondakı 4 istirahət və turizm zonasından biridir və yay aylarında ilin 4 fəslini də bu zonada müşahidə etmək mümkündür. Adıçəkilən yaşayış məntəqələrində noyabr ayının 12-də yeni sosial obyektlər istifadəyə verilib. Həmin kəndlərə üz tutmağımız bu ünvanlarda yaşayan insanlarla görüşmək, göstərilən dövlət qayğısı müqabilində onların ürək sözlərini eşitmək idi. Yol boyu düşüncələrimə hakim olan isə bu idi ki, 20 ildən artıqdır, blokada şəraitində yaşayan, qısa müddət ərzində 10 illərə bərabər inkişaf və tərəqqi yolu keçən bir məmləkətdə yaşayan insanlar dünənimizlə bu günümüz arasında olan əsaslı dəyişiklikləri necə dəyərləndirirlər? Belə inkişaf onların həyat tərzində özünü necə göstərir? Bu suallara getdiyimiz yaşayış məntəqələrində cavab tapmağa çalışdıq.

Ardını oxu...

 Naxçıvan şəhərinin Heydər Əliyev prospektindən görünüş

Torpağa bağlılıq, yurd sevgisi kimi hisslər hər bir insana xas olan ən yüksək keyfiyyətlərdən hesab olunur. Dədə-babadan bizim camaat arasında tez-tez işlədilən “Biz bir dərənin suyunu içirik” kəlməsi də insanların yurd-yuvaya olan bağlılığından yaranan, yüzillərlə qaynayıb qovuşmuş həmvətənlərin qarşılıqlı məhəbbətinin su qədər sadə və səmimi dillə ifadəsidir. Səyahətsevərlər yaxşı bilirlər: doğma Vətəndən uzaqda, bir yol qovşağındakı təsadüfi bir görüşdə insanların bir-birinə xoş gələn ana dili, yurdunun şirin ləhcəsi qədər digər bir duyğunu düşünmək çətindir. Amma, əslində, insanın burnunun ucunu göynədən hisslər də bundan sonra başlayır: istər uzun illər Vətəndən ayrı yaşayan, istərsə də bircə həftəlik səyahətə çıxan insanlara doğma yurdunun şirinliyini yenidən daddıra biləcək nəsə təklif etsən, bu, onlara dünyanın ən dəyərli hədiyyəsi olar. Ana torpağın ətrini, suyunun dadını özündə saxlayan, saf, təmiz yurd nemətləri dostların yaddaşında bütün hədiyyəlik əşyalardan daha dərin təəssürat yaradacaqdır.

Ardını oxu...