10 Dekabr 2019, Çərşənbə axşamı

Özünəməxsusluğu, zənginliyi ilə həmişə fərqlənən Naxçıvan mətbəxinin dadlı, faydalı təamlarından biri də həmərsindir. Həmərsinin bu mətbəxə məxsus dillər əzbəri olan çayından, həm çiçəyindən, həm də meyvəsindən hazırlanan mürəbbəsindən, kompo­tundan başqa, bir də məti vardır ki, doyumsuz dada, ləzzətə malikdir. Yazda çiçək açdığı vaxt dağların, yamacların açıq və tünd-çəhrayı, payızda meyvəsi yetişən vaxt qırmızı kəlağayılı gözəli bu xoş görüntüləri ilə insanın gözünü, ruhunu necə oxşayırsa, saf, vitamin qaynağı çiçək və meyvəsindən hazırlanan təamlar da orqanizm üçün bir o qədər faydalı hesab olunur.

Ardını oxu...

Dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilib. Bu tədbirlərdə, ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub.
Tədbirdə iştirak edə bilməyən şəxslərə isə evlərində baş çəkilib, onlara sovqat verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

(Esse)

 

Payızın solğun, yağışlı-çiskinli günlərindən biridir. Bir ay, ay yarım öncə bütün varlıqlardan əvvəl oyanıb sübhün mürgüdöyən gözlərini ­qamaşdıran Günəş indi ta doğmağa tələsmir. Göy üzünün mavisini azaldan ağ buludlar, sanki Günəşin başına yastıq, üstünə yorğan olub “Yat, yazdan bəri təbiətin yuxusunu ərşə qaldırıb sübhün oyanışı, uzun-uzadı günlərin həmdəmi olmusan. Yorğunsan, göylər maviyə, yerlər yaşıla dinclik verdiyi kimi, qoy dan yeri də sənə dinclik versin”, – deyir. Və beləliklə də, hər səhər dan yeri ilə xeyli mücadilədən sonra onu yararaq doğan Günəş 6-8 saatlıq manevrindən dərhal sonra günbatana – mənzilinə çəkilir. Buna görə də günlər qısa, solğun və bir az da soyuqdur. İndi artıq günün rəngi Günəş deyil, payızın rəngləridir.

Ardını oxu...

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə, ümumilikdə, 13 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu, 2 nəfərə miniyerşumlayan, 1 nəfərə otbiçən aqreqat, 1 nəfərə tənəkəçi-rəngsaz alətləri, 1 nəfərə fotoaparat, 1 nəfərə isə pinəçi avadanlıqları alınaraq vətəndaşların istifadəsinə verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada az­təminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial-rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR