24 Fevral 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində sığorta ödənişi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən agentliyin Baş direktoru Hikmət Əsgər­ov bildirib ki, 2013-cü ilin 7 və 13 iyun tarixlərində muxtar respublikamızın müxtəlif bölgələrində güclü külək, yağış, sel və dolu nəticəsində bəzi vətəndaşların evlərinə və mənzillərinə müxtəlif dərəcələrdə zərər dəyib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli “İcbari sığortalar haqqında” Qanununa əsasən, mülkiyyətində daşınmaz əmlak (yaşayış evi və mənzili) olan hər bir vətəndaş bu əmlakı icbari qaydada sığorta etdirməlidir. Bildirilib ki, daşınmaz əmlakını (yaşayış evi və mənzili) icbari sığorta etdirən hər bir vətəndaş yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində, təbii fəlakətlər – zəlzələ, dolu, sel, daşqın, üçüncü şəxslərin hərəkətləri nəticəsində və digər müəyyən edilmiş səbəblərdən dəymiş zərər sığorta hadisəsi hesab edilir və həmin zərər üçün sığorta təminatı verilir.
Sonra daşınmaz əmlakını icbari sığorta etdirmiş 15 nəfər Naxçıvan şəhər sakininə dəymiş zərərə görə sığorta ödənişi həyata keçirilib.

Xəbərlər şöbəsi

Xəbər verdiyimiz kimi, Gürcüstanın Acarıstan Muxtar Respublikasından gələn, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən aztəminatlı ailələrin uşaqları Duzdağ Fizioterapiya Mərkəzində iyunun 4-dən başlayaraq müalicə  kursu alıblar. Dünən müalicə kursu başa çatan uşaqlar onlar üçün ayrılmış xüsusi avtobusla Gürcüstana yola salınıblar. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov və İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov uşaqlara, valideynlərə, onlarla birlikdə gələn səhiyyə işçilərinə yaxşı yol arzulayıblar. Uşaqlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından hədiyyələr verilib. Yola salınan səhiyyə işçiləri, uşaqlar, valideynlərlə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik:

Ardını oxu...

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə son illər muxtar respublikamızda mühüm tədbirlər reallaşdırılır. Belə tədbirlərdən biri də əmək yarmarkalarının keçirilməsidir. Dünən Ordubad Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə söhbət açılmışdır.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Nazim Hüseynov açmışdır. Bildirmişdir ki, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının rolu böyükdür. Təkcə ötən il Ordubad rayonunda keçirilən əmək yarmarkalarında 127 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Buna görə belə tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Nazim Hüseynov növbəti əmək yarmarkasına çıxarılan boş iş yerləri barədə məlumat verərək bildirmişdir ki, bu gün 9 təşkilatda olan 141 boş iş yeri işaxtaranlara təklif olunur.
İşaxtaran vətəndaş Aytən Bayramova çıxış edərək məşğulluğun təmin olunmasında əmək yarmarkalarının keçirilməsinə görə minnətdarlığını bildirmiş, belə tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Reyhun Babayev çıxış edərək muxtar respublikamızda insan amilinin diqqətdə saxlanılan məsələlərdən biri olduğunu qeyd etmiş, sosial vəziyyətin yaxşılaşdırılmasına ciddi önəm verildiyini vurğulamışdır. Bildirilmişdir ki, rayonda yeni yaradılan müəssisələr, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin get-gedə artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına geniş imkanlar açmışdır.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkada 20 nəfərə göndəriş verilmişdir.

Səbuhi HƏSƏNOV

Bu gündən növbəti əmək yarmarkalarına start verilir

İnsanların məşğulluq problemlərinin həlli istiqamətində son illər muxtar respublikada geniş layihələr həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, 2003-cü ilin oktyabr ayından 2013-cü ilin aprel ayının 1-dək muxtar respublikada 57 min 833 yeni iş yeri yaradılmışdır. Bunun 41 min 478-i və ya 71,7 faizi daimi iş yerləridir. 2013-cü ilin ilk rübü ərzində isə muxtar respublikada 724 yeni iş yeri yaradılmışdır ki, onların da 680-i daimi iş yeridir.
Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. İndi muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun və bölmənin Elmi təşkilat şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Orxan Bağırovun “Naxçıvan Muxtar Respublikasının gilas və albalı genefondu” adlı monoqrafiyası bu günlərdə işıq üzü görüb.
Fundamental tədqiqat əsəri olan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının flora müxtəlifliyinin albalı-cerasus milli cinsinə daxil olan gilas və albalı bitkilərinin botaniki xüsusiyyətlərindən və əhəmiyyətinin öyrənilməsindən bəhs edilir. Kitabın ilk səhifələrində “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” ölkə Prezidentinin Fərmanının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişa­fı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamının mətnləri dərc olunub.
Yeni nəşrin “Gilas və albalı bitkiləri haqqında ümumi məlumat”, “Gilas və albalı bitkilərinin sistematikası və öyrənilməsi”, “Tədqiqatın material və metodikası”, “Naxçıvan Muxtar Respublikasının yerli gilas və albalı sortları”, “Sort və formaların biomorfoloji xüsusiyyətləri”, “Pomoloji qruplaşdırma”, “Xəstəlik və zərərvericilər”, “İqtisadi səmərəlilik” adlı bölmələrində Naxçıvanda mövcud olan gilas və albalının növ, sort və formalarının botaniki xüsusiyyətləri əhatəli şəkildə araşdırılaraq şərh edilir. Elmi tədqiqatların nəticəsi olaraq, monoqrafiyada muxtar respublika ərazisində mövcud gilas və albalı bitkilərinin yabanı növləri müəyyənləşdirilmiş, ilk dəfə olaraq regionda gilasın becərilən 26 sortu və 37 forması, albalının isə 12 sortu və 12 forması dəqiqləşdirilmiş, aşkar edilmiş sort və formaların pomoloji və təsərrüfat əhəmiyyəti öyrənilmiş, habelə başlıca xəstəliktörədiciləri, ziyanvericiləri müəyyənləşdirilmiş, iqtisadi səmərəliliyi hesablanmış və yeyinti sənayesi obyektlərində istifadə edilməsi üçün təkliflər hazırlanmışdır. Məhz bu təkliflər və ilk dəfə bu əsərdə əksini tapan elmi təhlil və şərhlər əsasında sözügedən nəşrdən ali və orta məktəblər üçün dərsliklərin, metodik vəsaitlərin, meyvəçiliyə dair yeni nəşrlərin hazırlanmasında istifadə oluna bilər.
180 səhifədən ibarət mono­qrafiyadan Azərbaycanda meyvəçiliyin elmi-nəzəri və təcrübi problemləri ilə əlaqədar tədqiqat aparan alimlər, mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və tələbələri faydalana bilərlər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR