01 İyun 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş təşkil olunub.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və sosial könüllülər adından Alsu Məmmədli çıxış ediblər.

Ardını oxu...

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dahi şəxsiyyətin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına böyük həssaslıqla yanaşılır.

Ardını oxu...

Onun haqqında kültəpəli rəfiqəmdən eşitmişdim. Həmin kənddə yaşayan bir xanımın metal kəsim ustası olaraq çalışması, sözün düzü, məni çox təəccübləndirmişdi. Əslində, heç vaxt şahidi olmadığıma görə inanmamışdım bir xanımın bu ağır və yorucu peşə ilə məşğul olduğuna. Elə bu maraqla da həmin xanımı – Mehparə Məmmədovanı tanımaq üçün üz tutdum onun çalışdığı “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə.

Ardını oxu...

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur. Qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Muxtar respublikada da mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” xüsusi yer tutur.

Ardını oxu...

 İnsanın immun sistemi müxtəlif yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı orqanizmin təbii qoruyucu vasitəsidir. İnsan bədəninin bu müdafiə sistemi mütəmadi olaraq infeksiyalar ilə uğurla mübarizə apmaq və müxtəlif xəstəliklərin törədiciləri olan virusların, bakteriya və göbələklərin yaydıqları xəstəliklərin bizdən asılı olmayaraq orqanizmimizə daxil olmasının qarşısını almaqla vəzifəlidir. Bunun üçün immun sisteminin güclü olması əsas şərtdir. Bu sistemin güclü olması isə insandan asılıdır. Təbii ki, müxtəlif xroniki xəstəliklər immun sisteminin zaman-zaman zəifləməsinə səbəb olur. İmmun sistemi insanın yaşayış tərzindən, onun düşdüyü mühit amillərindən və müxtəlif biofaktorlarla kifayət qədər təmin olunmamasından asılıdır. Əslində orqanizm öz müdafiə sistemini özü qurur və bunun üçün bədən proteksin, qlutation kimi müxtəlif kükürdlü zülallar sintez edir.

Ardını oxu...

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR