24 Fevral 2020, Bazar ertəsi

Muxtar respublikada tərəvəzçiliyin və meyvəçiliyin inkişafına dair dövlət proqramının qəbul olunmasında başlıca məqsəd əhalinin belə məhsullara olan tələbatını daxili imkanlar hesabına ilboyu ödəməkdən ibarətdir. Proqramın uğurlu icrasının nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada 6246 hektar sahədə tərəvəz əkilib, sahələrdən 86 min 745 ton yüksəkkeyfiyyətli məhsullar tədarük olunub.

Ardını oxu...

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən bayramların, həmçinin icra edilən mərasimlərin özünəməxsusluğu ilə seçilir.

Xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur, yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Ardını oxu...

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenilənmiş internet saytının təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə nazir Nicat Babayev çıxış edərək bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ötən il nazirliyin müxtəlif sosial şəbəkələrdə rəsmi hesabları istifadəyə verilib və bu sahədə operativ fəaliyyət təmin olunub.

Ardını oxu...

Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadənin tənzimlənməsi, flora və fauna ehtiyatlarının qorunması, ətraf mühit komponentlərinə təsirlərin azaldılması və nəzarətdə saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yanvar ayında da tədbirlər davam etdirilmişdir. Ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi hallarına qarşı mübarizə aparılması məqsədilə 12 yoxlama-reyd keçirilmiş, 5 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür.

Ardını oxu...

(hekayə)

Günəbaxan çubuğundan düzəltdiyi “atını” yolun toz-torpağında ­sürüyə-sürüyə səbirsizlənirdi ki, bircə axşam düşsəydi, “Tarzan” filminə baxardı. Bəzən də içini qaranlıq alırdı ki, birdən işıqlar yanmaz, ya da başqa nəsə baş verər baxa bilməz, o zaman təmiz dilxorçuluq olar...
...Ertəsi gün səhər tezdən hamı baxdı ki, Fərzəli həyətlərindəki qollu-budaqlı, qocaman tut ağacından yoğun bir kəndir asıb, budaqdan-budağa tullanaraq tarzanlıq edir. Və tarzanlığı da təkcə tullanmaqla bitmirdi, həm də tarzansayağı qışqır-bağır salıb qonşuların baş-beynini aparırdı. Artıq hamıya aydın idi ki, axşam “Tarzan” filmini izləyənlərdən biri də Fərzəli olub. Onun bu hərəkətləri atası Haxverdiyə, xüsusilə ləzzət edirdi. Çünki Fərzəli nə edirdisə, Haxverdi düşünürdü ki, bunu heç kim bacarmaz və onun oğlundan heç yer üzündə yoxdu, ondan bir dənədir. Lovğalığı, yalan-palan sözləri, riyakarlığı ilə Çeşməli kəndində ad çıxaran Haxverdi barədə həm də onu deyirdilər ki, bu adam yaltaqlığı hörmətdən salıb. Kəndin çayxanasında oturub danışanda o qədər özündən hörələyirdi ki, tanış-biliş pıçıltı ilə “Haxverdiyə yenə dərzi lazımdı”, – deyərək gülüşürdü...

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR