19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hemofiliyalı və ­talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Komitə və nazirlik əməkdaşları – könüllü donorlar qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb, infeksion xəstəliklərə qarşı yoxlama aparılıb. Hemofiliyalı və talassemiyalı uşaqlara köçürülmək üçün, ümumilikdə, 10 litrə yaxın qan toplanılıb.
Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Muxtar respublikada hər sahədə olduğu kimi, tibb sahəsində də yüksəkixtisaslı gənc kadrların hazırlanmasında mühüm addımlar atılır. Bunun nəticəsidir ki, xəstəxanalarda və həkim ambulatoriyalarında çalışan gənc həkimlərin sayı gündən-günə artmaqdadır. 

Onlardan biri də Naxçıvanda ilk dəfə olaraq burun plastikası (rinoplastika) əməliyyatları icra edən otorinolarinqologiya üzrə həkim-rezident Ruslan Qurbanovdur.
Əmək fəaliyyətinə Babək Rayon Mərkəzi Xəstəxanasında başlayan, hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında çalışan Ruslan həkim Azərbaycan Tibb Universitetinin məzunudur və 3 il müddətində Türkiyənin Ankara Qazi və Ərzincan Mengücek Elm və Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursu keçib.
Kurs müddətində 1000-dən artıq uğurlu əməliyyat icra edən gənc həkim hazırda tonzillektomiya, adenoektomiya, septoplastika, otoplastika və nazal polip əməliyyatlarını uğurla həyata keçirir.
Ruslan həkim bildirir ki, muxtar respublikada həkim-­rezidentlərin yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi üçün lazımi şərait vardır. Çünki müasir maddi-texniki təchizata malik xəstəxana binasında fəaliyyət göstəririk. Bu səhiyyə ocağında ən müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bu isə investisiya mühitini yaxşılaşdırmaq, innovasiyaya və dayanıqlı inkişafa əsaslanan düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsinə imkan verir. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə sayır.
Rinoplastika kimi əməliyyatlar sayəsində xəstələrin artıq Naxçıvandan kənara getmədən ən müasir cərrahi avadanlıq və cihazların köməyi ilə müalicə olunması Naxçıvan səhiyyəsinin daha bir uğurudur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə Naxçıvanda humanitar tibbi aksiyalar keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri ötən şənbə Kəngərli rayonunun Qarabağlar kəndində təşkil olunmuş humanitar tibbi aksiyada 96 nəfəri ambulator tibbi müayinədən keçiriblər. Müayinələrin aparılmasında Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyevanın rəhbərliyi ilə 11 yüksəkixtisaslı həkim iştirak edib. Aksiya iştirakçılarına Naxçıvan Muxtar Respublika Xəstəxanasının ambulator kartları da təqdim olunmaqla ilk dəfə yeniliyə imza atılıb. Bu, aksiyada iştirak edən hər bir xəstənin səhiyyə müəssisəsinin xidmətlərindən daha rahat şəkildə istifadə etməsinə şərait yaradacaqdır.
Culfa rayonunda keçirilən humanitar tibbi aksiyada 78 nəfər ambulator müayinələrdən keçirilib, 35 xəstə üzərində cərrahi əməliyyatlar aparılıb.
Bu tədbir Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində də keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim-oftalmoloqları da hər həftənin cümə və şənbə günlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirir.
Mayın 10-da start verilən növbəti aksiya isə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmişdi. Aksiyada oftalmoloq-cərrahlar Fərəh Abduləliyevanın, Nəzrin Xıdırovanın və tibb bacısı Səfiyyə Səlimxanovanın iştirakı ilə müxtəlif göz problemlərindən əziyyət çəkən xəstə­lərin müayinəsi və mürəkkəb göz əməliyyatları aparılıb.

Ardını oxu...

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə Ordubadda dördgünlük humanitar tibbi aksiyaya start verib. Bu məqsədlə mayın 8-də xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi Ordubad Rayon Mərkəzi Xəstəxanasına gəlib. Briqadada həkim cərrahlardan Elçin Mirzəyev, Sona Budaqova, mama-ginekoloq Zenfira Cəfərova, kardioloq Güllü Abbasova, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Aytən Xələfova, uroloq Ceyhun Cəlilov, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Şahsoltan Abdullayev və başqalarının səyi ilə ilk gün 337 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentləri tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.
Aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib və minnətdarlıqlarını bildiriblər.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459332
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2288
1580
2288
123373
4459332

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter