25 Avqust 2019, Bazar

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstə­lərin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili həyata ­keçirilir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Ürək- damar cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov və universitetin Tədris Cərrahiyyə Klinikasının Ümumi reanimasiya şöbəsinin müdiri Cavid Paşayev may ayında Naxçıvan Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində ezamiyyətdə olublar. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış 4 xəstə üzərində aorta-koronar şuntlama əməliyyatları aparılıb və damar dəyişdirilib.
Əməliyyatdan sonrakı mərhələdə ağırlaşma müşahidə edilməyib və xəstələr Kardioreanimasiya şöbəsindən Kardiocərrahiyyə şöbəsinə köçürülüblər.
Qeyd edək ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin müdiri İntiqam Fətullayev və orta tibb heyəti əməliyyatlarda yüksəkixtisaslı həkimlərlə birgə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ana və uşaqlara göstərilən tibbi xidmətin əhatə dairəsini genişləndirmək üçün mövcud tibbi avadanlıq, cihaz və aparatlardan istifadə metodları ilə müayinə və müalicələrin səmərəliliyi yüksəldilir. Həmin tədbirlərin davamı olaraq mərkəzin Histoloji laboratoriyasının kompüterinə hamilə qadınlarda gələcək övladının bəzi genetik xəstəliklərlə doğulma ehtimalını müəyyən etmək üçün ikili və üçlü araşdırma testləri yüklənib və onun tətbiqinə başlanılıb. Qeyd edək ki, əvvəllər Almaniyanın “Siemens” şirkətinə məxsus lisenziyalı “Prisca” proqramı ölkəmizdə yalnız bir səhiyyə müəssisəsində mövcud idi. Doğum Mərkəzinin də belə bir proqramla təmin olunması Naxçıvan  səhiyyəsi üçün əlamətdar hadisədir.  

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şərur rayonunda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxış edərək bildirib ki, 2017-ci il iyulun 1-dən icbari tibbi sığortanın tətbiqinə ilkin olaraq Sədərək rayonunda başlanılıb.
Qeyd olunub ki, icbari tibbi sığortanın Şərur rayonunda da tətbiq edilməsi üçün bütün lazımi məlumatlar müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilərək toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları, reyestrlər yaradılıb. Tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edəcəkdir.
Agentliyin direktoru bildirib ki, rayonda icbari tibbi sığortanın tətbiqinə hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 1 iyun 2019-cu il tarixdən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanacaqdır.
Müvafiq sərəncamda icbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir.
Sonra çıxışlar olub.

 Səbuhi HƏSƏNOV

Yer üzündə olan saysız-hesabsız, görünüşcə yaraşıqlı, çoxmərtəbəli xəstəxanalardan, klinikalardan fərqli bir məkanda – təbiət özünün nəsibini dəniz səviyyəsindən 1173 metr hündürlüyə bəxş edib. Yerin altına sığdırdığı möcüzəvi şəfa ocağının girintili-çıxıntılı sal duzların əhatə etdiyi yüz metrlərlə uzanan tunelində irəliləyərkən və duzun möhtəşəm qoxusunu alarkən düşünürəm: Necə ki dünyada çox sayda insanlar var, müxtəlif xəstəliklər də var. Elə bu xətəliklərlə insanlar böyük şəhərlərin ən məşhur xəstəxanalarına, klinikalarına üz tutur, şəfa axtarırlar. Və bu şəfa ocaqlarından əllərində bir xeyli dərman siyahısı olan reseptlərlə ayrılırlar. Bu reseptlər faydalı da ola bilir, faydasız da. Bəs burada – Duzdağ Fizioterapiya Mərkəzində? Bəli, burada xəstəlik deyəndə ilk düşünülən iynələrdən, dərmanlardan fərqli olaraq, sadəcə, bir udum nəfəslədir müalicə. 

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Pediatr, nevropatoloq, ginekoloq, endokrinoloq həkim, rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 25 nəfər uşağa tibbi xidmət göstərib. Bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb.
Valideynlər arasında səhiyyə maarifi işi aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4495867
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5608
6952
38823
159908
4495867

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter