13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Oktyabrın 24-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında “Dispanserizasiya xidməti: problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Tədbiri xəstəxananın baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu il oktyabrın 9-da Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev qeyd edib ki, məktəbyaşlı uşaqlar arasında mütəmadi olaraq həyata keçirilən dispanserizasiya tədbirləri, o cümlədən kütləvi tibbi müayinələr nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur.
Sonra Mərkəzi Uşaq Xəstəxanası baş həkiminin müavini İlkay Əliyevanın, həkimlərdən Aytən Rzayevanın, Leyla Rəsulovanın məruzələri dinlənilib.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.
Cari ilin payız mövsümünün dərin tibbi müayinələri oktyabrın 8-dən 31-dək həyata keçiriləcəkdir. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə ­göndərilib. Hazırda tibbi müayinələr muxtar respublikanın hər bir yaşayış məntəqəsini əhatə edir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən isə bu il payız mövsümündə Naxçıvan şəhərinin 20 tam orta məktəbinin şagirdləri dərin tibbi müayinələrə cəlb ediləcək. Bu məqsədlə orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçərək qruplaşdırılıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında şəkərli diabet xəstələri ilə görüş keçirilib.
Xəstəxananın baş həkimi Zəbur Bağırov səhiyyənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində digər sahələrlə yanaşı, endokrinologiya sistemində də mühüm irəliləyişlərə nail olunduğunu bildirib. Qeyd edib ki, son illər ölkəmizdə şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilib. Muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində bu qəbildən olan xəstələrin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. Hazırda muxtar respublikada onlara şəkər­ölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Şəkərli diabet nədir”, həkim­-endokrinoloqlardan Gülşən Həsənquliyevanın “Şəkərli diabet xəstəliyində ağırlaşmalar”, Aysel İsmayılovanın “Şəkərli diabet və qidalanma”, həkim-oftalmoloq Rəhmiyyə Əliyevanın “Şəkərli diabet və göz xəstəlikləri” mövzularında məruzələri dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Modern və multidissiplinar stomatologiya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq bildirib ki, səhiyyə sisteminin inkişafına dövlət qayğısının artırılması, bu sahənin maddi-texniki bazasının, infrastrukturunun yenidən qurulması, mövcud olan və tikilib istifadəyə verilən kənd həkim ambulatoriyalarında stomatoloji kabinələrin yaradılması, onların müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 oktyabr tarixli Sərəncamı ilə Stomatoloji Mərkəzə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilib. Mərkəzin fəaliyyətinin əsas məqsədi muxtar respublikada stomatoloji tibbi xidmətin göstərilməsi, eləcə də bu sahədə praktik biliklərə yiyələnmənin təmin edilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimləri Səfər Qədimov və Həbib Məmmədov tərəfindən muxtar respublika səhiyyəsində ilk dəfə laparoskopik total histerektomiya əməliyyatı həyata keçirilib. Hazırda həkim nəzarəti altında olan xəstə tam sağalmaq üzrədir.
Laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı, əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması ilə seçilir. Bu əməliyyat­lar az travmatik olub, əməliy­yat sonrasında qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar edilmir, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul sayılır.
Əməliyyatın icraçı­larından olan gənc hə­­­kim Həbib Məmmədov 2015-ci ildə Azərbaycan Tibb ­İnstitutunun Pediatriya fakültəsini bi­tirib. Həmin ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-­rezident kimi fəaliyyətə başlayıb. Cari ilin iyul, avqust və sentyabr aylarında Türkiyə Respublikasının Kocaeli Universitetinin xəstəxanasında laparoskopiya üzrə kurs keçib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398603
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1598
5770
18433
57770
3398603

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter