24 Yanvar 2017, Çərşənbə axşamı

ARXİV

Yanvar 2016
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dəfələrlə muxtar respublikaya gələrək humanitar aksiya keçirib. Heyət bu dəfə xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə yanvarın 13-də Şərur rayonunda humanitar aksiyaya start verib.
Aksiyadan reportaj hazırlamaq üçün yol aldıq Şərur Rayon Mərkəzi Xəstəxanasına. Xəstəxanaya gedərkən yolboyu insan sağlamlığının cəmiyyət üçün əhəmiyyəti və bu qiymətli sərvətin qorunması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər haqqında düşünürdüm.
Budur, Şərur Rayon Mərkəzi Xəstəxanasının önünə çatırıq. İçəri daxil oluruq. Səhiyyə ocağının dəhlizlərində adamların çoxluğu diqqətimizdən yayınmır. Ancaq bu, o demək deyil ki, gördüyümüz insanların hamısı sağlamlığından şikayətçidir. Öyrənirik ki, artıq vətəndaşlar təkcə hər hansı ağır xəstəliyə düçar olanda xəstəxanaya üz tutmurlar. Onlar xəstəxanada yaradılan şərait və onlara göstərilən nümunəvi xidmətdən bəhrələnərək tez-tez ambulator müayinələrdən keçirlər.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovla söhbət zamanı bildirdi ki, yalnız sağlam olan bir insan xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu gün Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən istənilən qədər danışmaq olar. Yeni səhiyyə ocaqları tikilir, onlar müasir tibbi avadanlıqlarla təchiz olunurlar. Bundan başqa, Naxçıvanda tez-tez belə humanitar aksiyalar da keçirilir. Belə tədbirlər xəstələrin muxtar respublikadan kənara getmədən müayinə və müalicəsinin, cərrahi əməliyyatlarının burada təşkilinə imkan verir.
Həkim İradə Abbasova üçün ayrılmış otağa daxil oluruq. O, Şərur rayonunun Şəhriyar kəndindən olan Sevil Qurbanovanı müayinə edir. Pasiyent mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir. Həkim məsləhəti ilə ondan ümumi qan analizi götürüləcək. Deyir ki, belə bir tədbirin keçirilməsi bütün vətəndaşlar kimi, onun da ürəyincədir.
Dəhlizdə Şərur rayonunun Dərəkəndindən olan Niyar Seyidova ilə görüşüb həmsöhbət oluruq:
– Başımda ağrılar olur. Nevropatoloq Qabil Bayramov məni diqqətlə müayinə etdi. Ciddi xəstə­liyimin olmadığını dedi. Yazdığı müalicə ilə tez bir zamanda bu ağrılardan qurtulacağımı bildirdi.
Öyrənirik ki, həkimlərdən ginekoloq Kənarə Abdullayeva, kardioloq Nailə Həsənova, endo­krinoloq Gülxanım Qurbanova, cərrah Zahid Zahidov, allerqoloq Fəxrəddin Cəfərov və başqalarının iştirakı ilə aksiyanın ilk günü 1200-dək pasiyent profilaktik tibbi müayinədən keçirilib. Aksiya zamanı pasiyentlər hematoloji, uroloji, nevroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar.
Qeyd edim ki, həkim heyəti bir sıra cərrahi əməliyyatlar da aparıb. Bu barədə Şərur şəhər sakini Sevda Həbibova danışır:
– Uzun illərdir, bacım Ahəstə süd vəzindən əziyyət çəkirdi. Bakıdan gələn həkim heyəti bacımı əməliyyat etdi. O qədər sevincliyik ki. O, yüksək həkim nəzarətindədir. Belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına ailəmiz adından minnətdarlığımızı bildiririk.
Ümumiyyətlə, xəstəxanada kiminlə həmsöhbət oldumsa, vətəndaşlar onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək öz minnətdarlıqlarını bildirdilər.
Humanitar aksiya bu gün başa çatacaq.

 Sara Əzimova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

778888
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3090
7339
10429
243304
778888

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter