22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Diaqnostika Müalicə Mərkəzi avqustun 5-də Şahbuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində rayon üzrə aztəminatlı ailələrin tibbi müayinə və müalicələrinin aparılması üçün humanitar tibbi aksiya keçirib.


Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanıb və onlar xəstəxanaya dəvət olunublar.
Tibbi aksiyada həkim briqadası 189 müayinə aparıb, 3 nəfər cərrahi əməliyyat olunub. Həmçinin 1 uşaq sünnət edilib. 23 nəfər isə funksional diaqnostika üzrə ultrasəs müayinələrindən keçirilib.
Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib, tibbi məsləhətlər verilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub.
Rayonun Şada kəndindən Tural Mahmudov başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Keçili kəndindən Rza Əliyev isə bildirib ki, növbəti aksiyada müayinələr nəticəsində müraciət edənlərin sağlamlıqları ilə bağlı problemlərin aşkara çıxarılmasının, müalicələrinin təşkil edilməsinin şahidi oldum. Naxçıvan şəhərindən gələn həkimlərdən ürək-damar cərrahı İntiqam Fətullayevin, ümumi cərrah Nazim İbrahimovun qəbulunda oldum, müayinədən keçdim. Əvvəllər xarici ölkələrdə şəfa axtarırdıq, indi isə sağlamlığımızı öz həkimlərimizə əminliklə etibar edirik.
Həkim briqadası, həmçinin Şahbuz Ahıllar Evində də olub, burada yaşayan 3 ahıla tibbi xidmət göstərib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq belə humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR