27 Fevral 2021, Şənbə

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bir neçə tibb müəssisəsində COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə vurulub. Cari həftə ərzində isə Ordubad və Şahbuz və Kəngərli Rayon Mərkəzi xəstəxalarının, Gigiyena və Epidemiologiya şöbələrinin, kənd həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin tibb işçiləri təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksininə cəlb edilib.

Nazirlik tərəfindən müəyyənləşdirilən xüsusi işçi qrupu tərəfindən Ordubadda 203, Şahbuzda 238 tibb, Kəngərlidə isə 142 tibb işçisi üzərində aparılan vaksinasiya olunanların səhhətində heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, vaksinasiya prosesi iki mərhələdə muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində də aparılacaq. Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR