06 İyul 2020, Bazar ertəsi

Azərbaycan dövləti dünyanı ağuşuna alan koronavirusa (COVİD-19) qarşı ciddi tədbirlər həyata keçirir. Hökumətimiz virusla mübarizə məqsədilə pfofilaktik tədbirləri çox erkən başladıb. Dünya Səhiyyə Təşkilatı (DST) koronovirusla bağlı həyəcan təbili çalmamışdan əvvəl ölkəmizdə virusun qarşısının alınması ilə bağlı ilkin tədbirlər həyata keçirilib. Bir səhiyyə işçisi kimi deyə bilərəm ki, ölkəmizdə bu istiqamətdə koordinasiya işi çox yüksək səviyyədə qurulub. Vaxtında sərhədlərin bağlanması, gediş-gəlişin qabağının alınması, bütün təhsil müssisələrində tədrisin dayandırılması da bunu sübut edir.

 Bu sözləri Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə həssas münasibət göstərdiyini diqqətə çatdıran Rəşad Mahmudov vurğulayıb ki, dünyada süni nəfəs aparatlarına kəskin ehtiyacın artdığı bir zamanda Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə bir dəfəyə ölkəyə 200-ə yaxın əlavə nəfəs aparatı gətirilib. Bu, təqdirəlayiq və alqışlanası bir haldır.

Həkimin sözlərinə görə, müasir dövrdə texnologiyanın imkanlarının geniş olmasına baxmayaraq, dünya sağlamlıqla bağlı COVİD-19 virusunun əlində aciz qalıb. Dünyanın ən aparıcı xəstəxanalarında belə bu virusla bağlı 90 faiz ölün halları baş verir.

Təhlükəli virusa qarşı mübarizədə təkcə hökumətin deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan deputat deyib: “Koronavirusla kimi qorxulu “düşmən”lə mübarizədə yalnız dövlət deyil, vətəndaşlar da böyük məsuliyyət daşıyır. Bu məsuliyyəti hər bir Azərbaycan vətəndaşı dərk etməli və üzərinə düşən vəzifəni düşən vəzifəni vicdanla yerinə yetirməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın göstəriş və tövsiyələrinə əməl etsək, bir toplum olaraq bu təhlükəli xəstəliyə az zərərlə qalib gələ bilərik. Vətəndaş cəmiyyəti olaraq bu xəstəliyə panika və qorxu ilə deyil, soyuqanlıqla və təmkinlə mübarizə aparmalıyıq”.

Azərbaycanlıların dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələ biləcəklərinə inamını ifadə edən Rəşad Mamhudov bildirib: “Hər bir fərdin öz sağlamlığına olduğu kimi, başqalarının da sağlamlığına qarşı həssaslıq göstərməyi mütləqdir. Bu çətin məqamda milli təhlükəsizlik və həmrəylik baxımından bir olmaq lazımdır. Müharibə dövrünün vaxtı qəhrəmanları ön cəbhədə, düşmənlə üz-üzə döyüşən əsgərlər olurlar. Koronavirusla kimi qorxulu virusla mübarizədə isə qəhrəmanlar isə tibb işçiləri- həkimlər, tibb bacılarıdır. Hamı evində oturub televizor və sosial şəbəkələrdən hadisələri izlədiyi halda, tibb işçiləri virusa yoluxan xəstələrlə təmasda olur, həyatlarını riskə ataraq onları sağaltmaqla məşğuldurlar. Onlar müxtəlif yerlərdə -sərhəd gömrük məntəqələrində, dəniz limanlarında, karantin mərkəzlərində, xəstəxanalarda gecə-gündüz bilmədən çalışırlar”.

Tibb elmləri doktoru insanları ehtiyatlı olmağa və koronovirusdan qorunmağa çağırıb. Bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən R.Mahmudov, xakqımızın təmkinliliyi və həmrəyliyi sayəsində bu bəladan qurtulacağına əminliyini ifadə edib.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR