30 May 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi tədbirlərinə start verilib.

Tədbirin ilk günü Şahbuz Rayon Mədəniyyət Sarayında, Mahmudoba və Qızılqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə maarifləndirici görüş keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Taleh Bağırov çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd Şahbuz rayonunda əhalini icbari tibbi sığortanın tətbiqi, bu sığorta növü üzrə tibbi xidmətin təşkili, xidmətlər zərfi, sığortaolunanların tibb müəssisəsində hərəkəti, müştərək maliyyələşmə məbləği, 1 aprel 2020-ci il tarixdən toplanmağa başlayacaq sığorta haqları barəsində ətraflı məlumatlandırmaqdır.
Vurğulanıb ki, icbari tibbi sığortadan istifadə edən əhalinin öz hüquq və vəzifələrini, səhhətlərində yarana biləcək problemlər zamanı nələr etməli olduqlarını, hərəkət qrafikini bilməsi vacibdir.
Sonra mövzular ətrafında slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR