16 Yanvar 2021, Şənbə

Dünən “Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 16 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün Culfa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində çalışan tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. O, Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qarşıya qoyulan tapşırıqların və adıçəkilən sərəncamın icrası istiqamətində görülən işlərdən ­danışıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq icbari tibbi sığortanın tətbiqi məqsədilə rayonlardakı mərkəzi xəstəxanalarda və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər səhiyyə müəssisələrində agent­liyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyətləri təmin edilib. Əhalinin sığortalanması prosesi həyata keçirilib və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanaraq onlara icbari tibbi sığorta şəhadətnaməsi verilib.
Qeyd olunub ki, ötən dövrdə əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsi genişləndirilərək Culfa rayonunda da tətbiq edilməsi üçün verilən tapşırıqların icrasını təmin etmək məqsədilə lazımi hazırlıq işləri həyata keçirilib. Belə ki, xəstəxanada yenidənqurma və təmir-bərpa işləri görülüb, müvafiq palatalarda mərkəzi oksigen sistemi qurulub, fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi, mərkəzi server qurularaq “Medisoft” Səhiyyə informasiya idarəetmə sistemi yaradılıb. Hazırda xəstələrin qeydiyyatı həmin sistem vasitəsilə aparılır. Xəstəxananın Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə ən müasir tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılıb.
Culfa rayonunun icbari tibbi sığortanın tətbiqinə tam hazır olması və çatışmazlıqların yerində həll edilməsi məqsədilə keçirilmiş təlim və seminarlarda tibb işçilərinə Səhiyyə informasiya idarəetmə sistemi, göstəriləcək tibbi xidmətlər, tibbi xidmətlərə dair aylıq hesabatların tərtib olunma qaydaları izah edilib, nümunəvi hesabat formaları təqdim olunub və tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.
Vurğulanıb ki, Culfa Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətdən 638-i icra ediləcək, qalanları isə digər tibb müəssisələri tərəfindən həyata keçiriləcəkdir.
Sonra çıxışlar dinlənilib, suallar cavablandırılıb.

*  *  *

Anoloji tədbir Babək rayonunda da keçirilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR