12 Avqust 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında noyabrın 25-dən feldşer və sürücülər üçün “Təcili və təxirəsalınmaz tibbi yardım” üzrə təkmilləşdirmə kurslarına start verilib. 

İlk mərhələdə muxtar respublikanın Culfa, Ordubad, Babək, Şahbuz və Kəngərli rayonlarının səhiyyə müəssisələrində və onların tabeliyində çalışan 21 nəfər, eləcə də Sədərək Gömrük İdarəsi Sədərək Gömrük Postunda çalışan 3 nəfər təcili tibbi yardım feldşer və sürücüləri olmaqla, 24 nəfər kurslarda iştirak edir. Onlar öz ixtisasları üzrə Naxçıvan Tibb Kollecində 18 iş günü nəzəri, Naxçıvan şəhərinin tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində isə praktik təcrübə keçirlər.
Təcrübə kursu həkim Əkrəm Məmmədli tərəfindən tədris olunur. Kursları bitirənlər imtahandan keçərək sertifikat alacaqlar.
Qeyd edək ki, tibb işçilərinin ixtisas səviyyəsinin artırılması muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə mütəmadi olaraq tibb işçiləri Bakı şəhəri, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilir və digər tədbirlərdə iştirak edirlər. Son illər ayrı-ayrı ixtisas həkimlərinin, eləcə də orta tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi də belə tədbirlər sırasındadır.
Təkmilləşdirmə kurslarının keçirilməsi tibb müəssisələrində çalışan hər bir işçinin nəzəri və praktik biliyini artırır, ümumilikdə, səhiyyənin inkişafına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR