25 Avqust 2019, Bazar

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına əsasən bu il də yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər keçirilir.
Muxtar respublika ərazisində fəaliyyət göstərən istehsal, topdan və pərakəndə satış məntəqələri, ictimai iaşə müəssisələri, şadlıq sarayları, bərbərxana və gözəllik salonları, təhsil müəssisələri, mehmanxana, həmçinin digər sənaye, kommunal və bütün tibb müəssisələrinin sanitar-gigiyenik vəziyyətinə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən nəzarət olunur. Bu obyektlərdə çalışan işçilər obliqat qrupu kimi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qeydiyyata götürülür. Bütün obliqat qrupları hər altı aydan bir QİÇS, dəri-zöhrəvi, bağırsaq və qurd xəstəliklərinə görə müayinəyə cəlb edilir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin iş planına əsasən hər il may ayının 1-dən oktyabr ayının sonunadək muxtar respublika ərazisində mövcud olan bütün su mənbələrindən həftədə iki dəfədən az olmayaraq su və torpaq nümunələri götürülərək mərkəzin Xüsusi təhlükəli infeksiyalara nəzarət laboratoriyasında yoxlanılır.
Həmçinin muxtar respublika ərazisində yerləşən artezian və su quyularından, mərkəzləşdirilmiş su mənbələri və bulaq sularından mütəmadi olaraq su nümunələri mərkəzin Bakterioloji və kommunal gigiyena laboratoriyasına yoxlanmaq üçün göndərilir. Həmin nəzarət, xüsusilə çirkab və kanalizasiya sularının çay sularına qarışmaması məqsədini daşıyır. Bu məqsədlə iyul ayı ərzində bütün rayonlarda çaylar boyunca inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və daxili işlər orqanlarının əməkdaşları ilə birlikdə Gigiyena və Epidemiologiya mərkəzləri monitorinqlər keçiriblər.

Muxtar respublika ərazisində su ilə keçə biləcək bağırsaq infeksiyalarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər də davam etdirilir.
Havaların isti keçməsi ilə əlaqədar olaraq ağcaqanad sürfələrinin məhv edilməsi və malyariya xəstəliyinə yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Araz çayı boyunca bataqlıq ərazilərdə lavriolla deloravasiya işlərinə başlanılıb.
Xatırladaq ki, son 15 ildə muxtar respublika ərazisində malyariya xəstəliyi qeydə alınmayıb.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4495887
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5628
6952
38843
159928
4495887

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter