25 Avqust 2019, Bazar

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Dünən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 5 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. O, bu il Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirədə qarşıya qoyulan tapşırıqların və müvafiq sərəncamın icrası istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamına əsasən 1 iyul 2017-ci il tarixdən Sədərək rayonunda və 1 iyun 2019-cu il tarixdən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Qeyd olunub ki, agentlik sığorta­olunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib. Agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyəti təmin olunub. Müraciət edən sığortaolunanlara icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yerləşən tibb müəssisələri tərəfindən yüksəkkeyfiyyətli tibbi xidmət göstərilib, həmin rayondakı tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlər isə göndəriş vasitəsilə icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində həyata keçirilib. Ötən dövr ərzində Sədərək və Şərur rayonlarında yaşayan əhaliyə göstərilən tibbi xidmətin maliyyələşməsi agentlik tərəfindən aparılıb.

Samiq Sadıxov vurğulayıb ki, Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılıb, rayon əhalisi üzrə məlumatlar toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb. İcbari tibbi sığortanın tətbiq edilməsi, tibbi xidmətin keyfiyyətini daha da artırmaq və müasir standartlara uyğunlaşdırmaq məqsədilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi, mərkəzi server qurulub, 27 ədəd kompüter quraşdırılıb. Medisoft “Səhiyyə informasiya idarə­etmə sistemi” yaradılıb, icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə təmin edilib. Xəstəxananın təcili tibbi yardım, laboratoriya və doğum şöbəsi yenidən təşkil edilib, ilkin səhiyyə xidməti müasir tələblərə uyğunlaşdırılıb. Həmçinin xəstəxananın maddi­­-texniki bazasını gücləndirmək məqsədilə portativ süni tənəffüs aparatı, pediatrik və böyüklər üçün pulsoksimetr, oftalmoloji proyektor, dioptrimetr, portativ keratorefraktometr, avtotonometr, rəng duyğusu təyini testləri, transport küvez, açıq küvez, dölün ürək döyüntüsünü müəyyən etmək üçün portativ fetal doppler, koaquloqram alınaraq quraşdırılıb və bir təcili tibbi yardım avtomobili istifadəyə verilib. Agent­liyin Kəngərli Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi yaradılaraq fəaliyyəti təmin edilib.
Diqqətə çatdırılıb ki, müvafiq sərəncama uyğun olaraq 1 avqust 2019-cu il tarixdən Kəngərli rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılacaqdır. Bu məqsədlə Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb.
Samiq Sadıxov muxtar respublikada icbari tibbi sığortanın tətbiqi istiqamətində aparılan işlərə göstərdiyi diqqət və qayğıya görə Ali Məclis Sədrinə agentliyin kollektivi adından minnətdarlığını bildirib.
Sonra çıxışlar olub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4496078
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5819
6952
39034
160119
4496078

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter