19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Bu günlərdə “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyində “Uşaqlarda dehidratasiya zamanı infuzion terapiya” adlı yeni metodik vəsait işıq üzü ­görüb. Kitabın müəllifləri Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkimləri, Naxçıvan Dövlət Universitetinin dissertantı İlkay Əliyeva və tibb üzrə fəlsəfə doktoru Aytən Rzayeva, rəyçi xəstəxananın baş həkimi Rəhim Rəhimovdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə  çap olunan bu kitab 2019-cu il aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə”  keçirilən müşavirədə Səhiyyə Nazirliyinə verilən tapşırıqların icrası istiqamətində atılan növbəti addımlardan biridir. 

Kitabda qeyd olunub ki, hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanaraq ötən ildən Dövlət Proqramının icrasına başlanılıb.

Metodik vəsaitdə bildirilib ki, uşaqlarda dehidratasiya çox rast gəlinən ağırlaşmalardan biridir. Son illərin araşdırmaları zamanı müşahidə edilir ki, bəzi hallarda uşaqlarda dehidratasiyalar zamanı aparılan infuzion terapiyada klinik standartlar və protokollar, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmır. Bu da uşaq orqanizmində elektrolit balansının bu və ya digər dərəcədə pozulmasına səbəb olur.
Qeyd edilən bu amillər metodik vəsaitin hazırlanmasına zərurət yaradıb.
Yeni nəşr bu sahədə çalışan həkim-pediatrların, həkim-infeksionistlərin praktik fəaliyyəti, eyni zamanda Naxçıvan Dövlət Universitetinin tələbələri üçün faydalı vəsaitdir.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459369
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2325
1580
2325
123410
4459369

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter