22 Avqust 2019, Cümə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsin həkim briqadası Ordubad şəhərindəki Məhəmməd Füzuli adına internat tam orta məktəbdə şagirdləri kompleks tibbi müayinədən keçirib. Müayinələr zamanı xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazı­lıb, həkim məsləhəti verilib. On iki uşaqda əlavə tibbi müayinələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Diaqnostika Müalicə Mərkəzinə dəvət ediliblər.
Humanitar aksiya çərçivəsində alınmış şirniyyat məhsulları məktəbin bufetinə, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Publik hüquqi şəxsin öz vəsaiti hesabına alınmış idman geyim dəstləri və gündəlik istehlak məhsulları valideynlərindən birini itirmiş 34 şagirdə, bunlarla yanaşı, ayaqqabı, paltarlar isə hər iki valideynini itirmiş 6 şagirdə hədiyyə olunub.
Məktəbin müəllimləri və valideynlər şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4476444
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5085
5835
19400
140485
4476444

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter