29 May 2020, Cümə

Ukrayna Respublikasının mega-polis.in.ua saytında Naxçıvanla bağlı “Naxçıvan Azərbaycanın Avropanı xatırladan şəhəridir” başlıqlı geniş məqalə yerləşdirilib. Müəllifi Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Regionda Media və Cəmiyyət” MMC-nin sədri, diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan jurnalist Əlmaniz Ələkbərli olan yazı muxtar respublikanın bugünkü inkişafı, tərəqqisi və sosial həyatından bəhs edir. Müəllif yazısında Naxçıvanı Azərbaycanda Avropa şəhərlərini xatırladan bir məkan kimi ukraynalı oxuculara təqdim edir. O vurğulayır ki, Naxçıvanda olan təmizlik və səliqə-sahman Avropanın İsveçrə, Avstriya, Almaniya kimi ölkələrinin şəhərləri ilə müqayisə edilir. Xidmət infrastrukturu, turizm obyektləri, insanlara, xüsusilə əcnəbi qonaqlara göstərilən diqqət müasir Naxçıvanda həyatın ayrılmaz bir hissəsidir.
Ukrayna dilində geniş oxucu kütləsinə çatdırılan yazıda bütün bunların muxtar respublika rəhbərinin qayğısı və diqqəti ilə ərsəyə gəldiyi bildirilir. Məqalədə Naxçıvanın müasir görüntüləri və yenidən bərpa edilən qədim abidələrinin fotoları da verilib.

“Nuhçıxan” İnformasiya Agentliyi

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR