19 Sentyabr 2019, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzruini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, əməkdaşlığın yeni sahələri, o cümlədən turizm sahəsini əhatə etməsindən məmnunluğunu bildirib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artdığını vurğulayan Prezident İlham Əliyev bunu dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirib.
Söhbət zamanı “OPEC plus” formatında Bakıda keçirilən tədbirlərin əhəmiyyətinə toxunulub, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji, neft-qaz, neft-kimya, bərpa olunan enerji, müxtəlif iqtisadi layihələr sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR