17 Fevral 2020, Bazar ertəsi

Muxtar respublika ərazisində kəskin respirator virus infeksiyası ilə bağlı təhlükəli hala rast gəlinməsə də, hava şəraitinin qeyri-sabit keçməsi zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Muxtar respublikanın Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq ictimai yerlərdə – xüsusən məktəb və bağçalarda kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezinfeksiya işləri aparır. Həmin tədbirlər Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən həyata ­keçirilir.
Cari həftə ərzində Naxçıvan şəhər dəmiryol və avtovağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirləri başa çatıb. Rayonlarda, əsas etibarilə, siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yemək­xanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri təşkil edilib. Tədbirin gedişində tibb işçiləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrinin girişində tibbi müşahidələr aparılır. Kəskin respirator virus infeksiyası xəstəliyinə şübhəli hal aşkar olunduqda ambu­lator müalicəyə göndərilir. Xəstəlik halları müşahidə edilmiş uşaqlar haqqında isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poli­klinika şöbəsi ilə əlaqə saxlanılır. Bununla yanaşı, məktəb kollektivi və şagirdlər arasında səhiyyə maarifi işi aparılır.
Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR