21 Yanvar 2020, Çərşənbə axşamı

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti yanvar ayının 12-dən başlayaraq Şərur rayonunda üçgünlük humanitar aksiya keçirib.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksək­ixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentləri tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb.
Aksiya müddətində 3 min 120 müayinə, 140 cərrahi əməliyyat aparılıb. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar icra olunub. Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, nefroloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə ediliblər.
Səciyyəvi hal budur ki, aksiyada yerli həkim-cərrahlar da yüksək­ixtisaslı tibbi heyətlə birgə cərrahi əməliyyatlar aparıblar. Xəstələr həkim nəzarəti ilə müşahidə altında saxlanıldıqdan sonra evlərinə ­buraxılıblar.
Aksiyada tibbi xidmətlə əhatə olunan rayon sakinləri onların sağlamlıqlarının qorunmasına göstərilən dövlət qayğısına görə muxtar respublika rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

* * *

Digər humanitar tibbi aksiya isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən yanvarın 13-də və 14-də Babək Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Xəstəxananın həkim briqadası tərəfindən 121 nəfərin ambulator müayinələri aparılıb. Əməliyyata ehtiyacı olan 51 nəfər isə cərrahi əməliyyat ­olunub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri yerli həkimlərə bəzi tövsiyələr də veriblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah olunub.

* * *

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxsin həkim və tibb işçiləri tərəfindən növbəti tibbi aksiya isə yanvarın 12-də və 14-də baş tutub. Aksiya zamanı pasiyentlər 100 kardioloji, 39 dəri-zöhrəvi, 69 LOR, 105 oftalmoloji, 30 ultrasəs müayinə­lərdən keçiblər.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 27 nəfər üzərində ümumi cərrahi, göz, proktoloji, uroloji, fimoz, burun-­qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Xəstəxanada ilk dəfə spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalarda yerləşdirilib.
Qaraağac kənd sakini Gülgəz Cəfərovanın iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən müayinə olunmasına görə minnətdarlığını bildirib.
Tibbi müayinə və müalicələrlə əhatə olunan muxtar respublika ­sakinləri bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR