19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bu gün onkoloji xəstəliklərin qarşısının alınması üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda məqsədyönlü tədbirlər görülür. 1946-cı ildə Naxçıvan Şəhər Poliklinikasında 20 çarpayılıq onkoloji kabinet, 1951-ci ildən dispanser kimi fəaliyyət göstərən indiki Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi üçün 2009-cu ildə yeni bina inşa olunub. Mərkəz lazımi tibbi avadanlıqlarla təchiz edilərək müasir səhiyyə mərkəzinə çevrilib.
Mərkəzdə onkoloji xəstəliklərin diaqnozu və müalicəsi üçün müasir tələblərə cavab verən aparatlar quraşdırılıb. Burada stasionar şöbə, poliklinika və şüa bölmələri fəaliyyət göstərir.
Hazırda mərkəzdə süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəslə müayinə, rəqəmsal mammoqrafiya aparatları, onkoloji xəstəliklərin diaqnostikasında əsas rol oynayan onkomarkerlərin təyin olunduğu histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Laboratoriya şöbəsinin müdiri, həkim­-laborant Hüseyn Qasımov 27 illik həkimlik təcrübəsinə əsaslanaraq bildirir ki, müasir səhiyyə ocağında yaradılan geniş imkanlar onkoloji xəstəliklərin vaxtında aşkar olunmasında mühüm rol oynayır. Xəstəlik vaxtında aşkar olunduğu zaman isə onun qarşısını almaq daha asan olur.

Onu da qeyd edək ki, mərkəzdə, həmçinin sümük-oynaq, yumşaq toxumalar, ağciyər və digər orqanların xəstəliklərinin diaqnostikası üçün rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin “ROKS-AM” aparatı vasitəsilə aparılması təmin olunub. Bütün bu tədqirəlayiq işlərin davamı kimi Onkoloji Mərkəzdə müasir standartlara cavab verən qısaməsafəli rentgen terapiya aparatı quraşdırılaraq istifadəyə verilib. Avadanlıq İngiltərə istehsalıdır və dünyanın qabaqcıl səhiyyə müəssisələrində geniş istifadə edilir. Mərkəzin həkimi Heydər Sadiqov aparat haqqında danışarkən bildirdi ki, cihaz 5 santimetr dərinliyə nüfuzetmə qabiliyyətinə malikdir və bu məsafədə olan bütün xərçəng hüceyrələrini məhv edir. Bu cihaz, xüsusən qadınlarda süd vəzi xərçənginin, limfatik vəzlərin metastazı zamanı, dəri xərçənginin və bir sıra onkoloji xəstəliklərin müalicəsində tətbiq olunur. Qısaməsafəli rentgen terapiya kabinəsinin fəaliyyətə başlaması onkoloji xəstələrin müalicəsində mühüm yer tutur. Belə ki, rentgen terapiyası üçün Bakıya və ya qonşu ölkələrə üz tutan xəstələr artıq Onkoloji Mərkəzdə müalicə ­alırlar.
Mərkəzdə bu xəstəliyə düçar olan və ona qalib gəlməyə çalışan insanlarla da görüşdüm. Yaradılan şəraitin onların bu ağır xəstəliklə mübarizəsini asanlaşdırdığını görmək məni çox sevindirdi. İnanırıq ki, bu səhiyyə ocağı təbabətin sağal­maz yarasına çevrilən xərçəng xəstəliyinə düçar olan insanların hər zaman ümidlə üz tutduğu bir ünvan olacaq. Buradakı həkim və tibb işçiləri isə öz səmimiliyi, mehribanlığı, gülərüzlüyü ilə ­xəstələrdə yüksək əhval-ruhiyyə ­yaradacaqlar.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612311
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
355
3542
89451
135553
3612311

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter