13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Son illər muxtar respublikada müalicə-sağlamlıq turizminin inkişafı məqsədilə Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, müalicəvi Şorsu palçığı və Naftalan nefti haqqında təbliğat materiallarının, o cümlədən elektron resursların hazırlanması istiqamətində bir sıra işlər görülüb. Görülən tədbirlərin nəticəsi olaraq bu il dekabrın 6-dan muxtar respublikada sanator-kurort müalicələrinə start verilib. İlk dəfə olaraq ölkəmizin paytaxtı Bakı şəhərində yaşayan 44 sağlamlıq imkanları məhdud şəxs sanatoriya-kurort göndərişləri ilə dekabrın 6-da Naxçıvana gəlib.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qonaqlara bu səhiyyə müəssisəsi barədə məlumat verilib. Bildirilib ki, burada sanator-kurort müalicələrinin aparılması üçün hərtərəfli şərait yaradılıb. Şorsu palçığının tətbiqi fizioterapiyanın yeni üsulu kimi müalicələrdə öz faydasını verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə müalicə əhəmiyyətli palçıq bu il AMEA Naxçıvan Bölməsi tərəfindən qablaşdırılaraq səhiyyə müəssisələrinə, əczaxanalara verilib.

Qeyd olunub ki, Şorsu palçığı vasitəsilə periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəlikləri və yanıqlar­dan sonrakı fəsadlar müalicə olunur. Sanator-kurort müalicəsi kimi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində oynaq ağrılarının, dəri xəstəliklərinin və digər xəstəliklərin müalicəsində istifadə ediləcəkdir. “Şorsu” müalicəvi palçığından aplikasiya və ümumi palçıq vannası şəklində istifadə olunması da mümkündür.
Qonaqlar əsaslı şəkildə yenidən qurulan Duzdağ Fizioterapiya Mərkəzində ilk müalicəni alıblar. Burada tənəffüs yolu, bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb.
Darıdağ Arsenli Su Müalicəxanasında olan sağlamlıq imkanları məhdud şəxslər arsenli su vannası qəbul ediblər. Onların revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin ambu­lator müalicəsinə başlanılıb. Bu müəssisələrdə tibbi prosedurlardan keçənlərdən Aybəniz Cəfərova, Elvira Əbdürrəhmanova, Qulu Əsədov, Ramiz Nəcəfov, Yaşar Nuriyev və Svetlana Həsənova fiziki imkanları məhdud insanların sağlamlığının bərpası istiqamətində görülən işləri, bütövlükdə, əhalinin hər bir təbəqəsinin sağlamlığına göstərilən dövlət qayğısının ifadəsi kimi dəyərləndirib və muxtar respublika ­rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında sağlamlıq imkanları məhdud olan şəxslərin müalicəsi 10 gün davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397750
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
745
5770
17580
56917
3397750

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter