24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə dünən Naxçıvanda Azərbaycan gənc oftal­moloqlarının “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemlər” mövzusunda XII elmi-praktik konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsinin önünə tər gül dəstələri düzüb, Heydər ­Əliyev Muzeyini ziyarət ediblər.
Konfransı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin konfrans iştirakçılarına təbriki oxunub.
Nazir çıxışında muxtar respublikada səhiyyənin o cümlədən oftalmologiyanın inkişafı sahəsində görülən işlərdən bəhs edib.

Səhiyyə naziri Azərbaycan gənc oftalmoloqlarının XII konfransının muxtar respublikamızda keçirilməsinin ölkəmizin Gənc­lər Paytaxtı seçilmiş Naxçıvanda oftalmologiyanın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov, Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, göz cərrahı Sunay Duman, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru Aleksey Yeqorov çıxış ediblər.
Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014167
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3601
4800
21657
96549
4014167

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter