21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Aqillər insan üçün sağlamlığı ən şirin nemət hesab edirlər. Elə el arasında “sağlam bədəndə sağlam ruh olar” deyimi də hədər yerə işlədilmir. Belə ki, canımız sağlam olduqda bütün gözəllikləri görür, naz-nemətin ləziz dadını, tamını duya bilirik. Ömrümüzə qonaq gələn hər fəsil öz bənzərsizliyi ilə sağlam ruhumuzu daha da təzələyir, həyatımız maraqlı və xoş anlarla yaddaşımıza yazılır. Xəstələnən zaman isə gülün, çiçəyin ətrini duya bilmir, giley-güzarımız çoxalır, həyata küskünləşirik.
Payız-qış aylarında havaların dəyişkən olması mövsümi xəstəlikləri qaçılmaz edir. Elə buna görə də ilin bu vaxtlarında soyuqdəymədən əziyyət çəkən, dərman üçün əczaxanalara üz tutan insanların da sayı çoxalır. Böyüklərin bədən müqaviməti və immuniteti güclü olduğu üçün bu xəstəliklər uşaqlara daha çox sirayət edir. Artıq payız fəslinin soyuq nəfəsi duyulduğundan azyaşlılarda mövsümi xəstəliklər baş qaldırır. Valideynləri isə, təbii ki, bir sual düşündürür. Övladını mövsümi xəstəliklərdən necə qorusun?

Elə bu və digər suallarla Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin uşaq bölməsinin müdiri Abbas Əliyevə müraciət etdik. O, bizimlə söhbət zamanı dedi ki, ilin bu vaxtında havanın temperaturu tez-tez dəyişdiyinə görə insan orqanizminin müqaviməti aşağı düşür. Buna görə də insanlarda əsas səbəbi bakteriyalar, viruslar olan kəskin respirator xəstəliklər, virus infeksiyaları müşahidə olunur. Belə xəstəliklərin törədiciləri hava-damcı və toz yolu ilə 1,5-2 metr məsafədən danışıq, asqırma, öskürmə zamanı bir şəxsdən digərinə keçə bilir. Mövsümi xəstəliklərə immuniteti zəif olan insanlarda, xüsusilə də məktəbəqədər və məktəbyaşlı uşaqlarda daha çox rast gəlinir.
Həkimin sözlərinə görə, kəskin respirator, virus infeksiyaları ilə azyaşlı uşaqlar ildə 5-8, yeniyetmələr isə 2-4 dəfə xəstələnirlər. Xəstəliyin əlamətləri uşaq yoluxduqdan 1-3 gün sonra başlayır və bir həftə müddətində davam edir. Xəstəliyə tutulan körpə uşaqda yüngül hərarət, burun tutulması, yuxunun pozulması və tək-tək qusmalar kimi hallar baş verir. Yeniyetmələrdə isə bu əlamətlərlə yanaşı, burun tutulması, boğazda ağrı, qaşıntı, bədəndə halsızlıq da müşahidə olunur. Böyükyaşlı şəxslərdə xəstəliyin kəskin dövründə baş ağrıları, xüsusən də başın alın və gicgah nahiyələrində, əzələ, oynaq və göz almalarında olan ağrılar, burunda göynəmə hissi, halsızlıq, iştahasızlıq daha qabarıq şəkildə özünü göstərir.
Abbas Əliyev bildirir ki, mövsümi xəstəliyin kəskin dövründə xəstələr 5-7 gün müddətində yataq rejimi keçirməlidirlər. Belə xəstəliklər keçici olduğundan xəstəyə qulluq edənlər şəxsi gigiyena qaydalarına mütləq əməl etməlidirlər. Xəstə gün ərzində, xüsusilə də bədənin hərarətli dövründə çoxlu meyvə şirəsi, mineral su qəbul etməli, zəncəfilli, limonlu, nanəli çay içməlidir. Əgər xəstənin bədən hərarəti 38 dərəcədən yuxarı qalxarsa, istilik endirən dərmanlar qəbul etməyi vacibdir. Mövsümi xəstəliklərdə boğaz ağrısı zamanı mürəbbəli və ya ballı çay, soda qatılmış isti süd içmək yaxşı təsir edir. Eləcə də boğazın çobanyastığı və ya duzlu su ilə qarqara olunması da məsləhətdir. Yataq rejimi zamanı ağır həzm olunan ətli xörəklər qida rasionundan çıxarılmalı, yüngül, asan həzm olunan yeməklərə üstünlük verilməlidir. Xəstəliyin profilaktikası məqsədilə xəstə, ilk növbədə, sağlam insanlarla ünsiyyətdən təcrid olunmalı, yatdığı otağın havası vaxtaşırı dəyişdirilməlidir. Əllər antibakterial sabunla yuyulmalı, xəstəlik hava-damcı yolu ilə yayıldığı üçün infeksiyanın qarşısını almaq məqsədilə asqırma və öskürmə zamanı burun və ağız boşluğu birdəfəlik ­dəsmalla örtülməli və yaxud qoruyucu maskadan istifadə olunmalıdır.
Abbas həkim mövsümi xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərdən də bəhs edərək qeyd etdi ki, ilin daha çox payız və qış aylarında təsadüf edilən belə xəstəliklərdən uzaq olmaq üçün insanlar gündəlik həyat tərzlərində bir neçə amilə xüsusi fikir verməlidirlər. Belə ki, idmanla məşğul olmaq, təmiz havada gəzmək sağlam yaşayışın əsasıdır. Bu zaman mövsümə uyğun geyim formasından istifadə məsləhətdir. Yeməklərdə daha çox immuniteti artıran ərzaqlara üstünlük verilməli, qida rasionuna soğan və sarımsaq əlavə olunmalıdır.
Həkimlə söhbətdən bir daha aydın oldu ki, istənilən mövsümdə sağlam həyat tərzi keçirmək olar. Yetər ki, səhhətimizin keşiyində düzgün dayanıb, sağlamlığımızın qayğısına vaxtında qalaq. Belə olan halda yaşadığımız həyatın rəngarəng gözəlliklərindən zövq ala, gələcəyə nikbin baxışlarla baxa bilərik.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299410
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3232
4291
11178
84056
3299410

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter