21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Son illər ölkəmizdə, eləcə də muxtar respublikamızda uşaqların sağlamlığının qorunmasına yönəldilmiş çoxsaylı dövlət proqramları qəbul edilir, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılır, ölkənin sürətli inkişafı fonunda uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr həyata keçirilir.

Dövlət başçısının imzaladığı “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 9 avqust tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 9 oktyabr tarixli sərəncamları uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Dövlət proqramlarının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının ­məh­dud­luğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
Sərəncamlardan irəli gələn vəzifələrin icrası ilə bağlı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim ­Rəhimova müraciət etdik.
Həkim bildirdi ki, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq kompleks müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır.
2013-cü ilin aprel ayından ölkəmizdə “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun qüvvəyə mindiyini xatırladan baş pediatr bu sənədin icrası ilə bağlı işlək mexanizmin yarandığını, Səhiyyə ­Nazirliyi tərəfindən müxtəlif tapşırıqların verildiyini də qeyd etdi. Bildirdi ki, dünyanın bir çox ölkələrində “Erkən müdaxilə” adlı şöbələr açılır. Məqsəd odur ki, körpələr erkən müayinədən keçsinlər. Lakin həmin şöbələrdə uşaqlar 3 yaşına qədər müayinə olunurlar. Bizdə isə doğulan gündən 18 yaşınadək bütün uşaqlar icbari müayinədən keçməlidirlər. Müsahibimin sözlərinə görə, ölkəmizdə yeni doğulanlar bir ayda 3, 3 yaşa qədər ildə 2, 3 yaşdan 18 yaşa qədər isə ildə 1 dəfə müayinədən keçməlidirlər. Qanunun ayrıca valideyn məsuliyyətinə aid maddəsi də var.
Qanunun icrası ilə bağlı sərf olunan vəsaitin dövlət hesabına ödənildiyini diqqətə çatdıran həkim onu da qeyd etdi ki, təhsil müəssisələrində, bağçalarda, həbsxanalarda, internat məktəblərdə olan uşaqlar ildə bir dəfə müayinəyə cəlb olunurlar. Məktəblər üzrə qarşılıqlı anlaşma yolu ilə müayinələr aparılır. İlkin həkim baxışından sonra ikinci mərhələdə lazımi müayinələr həyata keçirilir.
Baş həkim bildirdi ki, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə təkcə həkimlərin yox, həm də valideynlərin dəstəyi olmalıdır. Dövlət bunu icbari həyata keçirir və bununla bağlı ölkədə qanun var. Bu, uşaqların sağlamlıq statusunu müəyyənləşdirən qanundur.
Rəhim Rəhimov muxtar respublikamızın rayonlarında, o cümlədən kənd yaşayış məntəqələrində dövlət sənədinin icrasının qanunamüvafiq olaraq həkim briqadaları tərəfindən icra hakimiyyəti nümayəndələrinin dəstəyi ilə mövcud tibb müəssisələrində həyata keçirildiyini də bildirdi.
Bəli, bu gün uşaqların icbari müayinəyə cəlb edilməsi üçün muxtar respublikamızda aparılan təbliğat və təşviqat işləri yüksək səviyyədədir və bu prosesdə tibb işçiləri ilə yanaşı, aidiyyəti qurumlar da xüsusi fəallıq göstərirlər. Çünki sağlam gələcəyin təməli sağlam uşaqlarla qoyulur.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299470
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3292
4291
11238
84116
3299470

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter