24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimləri Səfər Qədimov və Həbib Məmmədov tərəfindən muxtar respublika səhiyyəsində ilk dəfə laparoskopik total histerektomiya əməliyyatı həyata keçirilib. Hazırda həkim nəzarəti altında olan xəstə tam sağalmaq üzrədir.
Laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı, əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması ilə seçilir. Bu əməliyyat­lar az travmatik olub, əməliy­yat sonrasında qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar edilmir, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul sayılır.
Əməliyyatın icraçı­larından olan gənc hə­­­kim Həbib Məmmədov 2015-ci ildə Azərbaycan Tibb ­İnstitutunun Pediatriya fakültəsini bi­tirib. Həmin ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-­rezident kimi fəaliyyətə başlayıb. Cari ilin iyul, avqust və sentyabr aylarında Türkiyə Respublikasının Kocaeli Universitetinin xəstəxanasında laparoskopiya üzrə kurs keçib.

Əməliyyatın digər iştirakçısı Səfər Qədimov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında əməliyyat blokunun müdiridir. Təcrübəli mütəxəssis bu xəstəxanada çalışdığı üç il ərzində onlarla xəstənin həyatını xilas edib. O, Naxçıvan səhiyyəsinin təcrübəli cərrahlarından biri kimi fəaliyyət göstərir.
Son illər müayinə və müalicə proseslərində ilklərə imza atılması naxçıvanlı həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Nəticədə, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılması mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ­ölkələrə üz tutmasının qarşısını alıb.

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179738
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1055
4484
9928
94285
3179738

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter