25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda prioritet sahələrin inkişafına hesablanan istiqamətlərdən biri də dövlət gənclər siya­sətidir. Bu siyasətin əsas məqsədi gənc­lərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə yiyələnmələri, onların Azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, dövlət strukturlarında geniş təmsil edilmələri üçün hərtərəfli şəraitin yaradılmasıdır. Bütün bu məsələlərin həlli gənclərimizə göstərilən diqqət və qayğının, etimadın ifadəsidir. Aparılan məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, Naxçıvan şəhəri bu il ölkəmizin Gənclər Paytaxtı seçilib.
Hər bir naxçıvanlı gənc muxtar respublika paytaxtının bu adı daşımasından fəxarət hissi keçirir, qürur duyur. Gənclər Paytaxtının gəncləri bu gün digər strukturlarda olduğu kimi, səhiyyə sistemində də səmərəli fəaliyyət göstərirlər. Son illər Naxçıvan səhiyyəsində yüksək­ixtisaslı gənc həkimlərin sayı xeyli artıb. Təkcə bu ilin ötən 7 ayında isə səhiyyə müəssisələrində işlə təmin olunan 18 həkim və 72 tibb işçisinin əksəriyyətini gənclər təşkil edir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Reanimasiya və cərrahiyyə şöbəsinin həkim-reanimotoloq və anestezioloqu Cabir Həsənov da onlardan biridir. Güman edirəm ki, onunla tanışlıq, ilk növbədə, valideynlərin işinə yarayacaq.

– Öncə sizi tanıyaq: Cabir Həsənov kimdir?
– Babək rayonunun Sirab kəndində doğulmuşam. 2003-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakül­təsində təhsil almışam. 2009-2010-cu illərdə Türkiyə Respublikası Kocaeli Universitetinin Pediatriya ixtisası üzrə internanı bitirdikdən sonra 2011-ci ildə Naxçıvana gəlib uşaq xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində ilk həkimlik fəaliyyətimə başlamışam. 2017-ci ildə yenidən Kocaeli Universitetində Reanimasiya və anesteziologiya üzrə kurs keçərək müasir anesteziologiyanın sirlərinə yiyələnməyə çalışmışam. Hazırda doğma kollektivə qayıdaraq uşaq xəstəxanasının Cərrahiyyə şöbəsində pediatrik anestezioloq kimi fəaliyyətimi davam etdirirəm.
– Cərrahiyyədə anesteziologiyanın rolu nədən ibarətdir?
– Anesteziologiya keyləşdirmə, ağrısızlaşdırma mexanizmini, üsul və metodlarını öyrənən, tətbiq edən tibb sahə­sidir. Anesteziologiya-reanimotologiya təbabətin bütün sahələrində tətbiq edilir. Səhiyyənin elə bir sahəsi yoxdur ki, orada anestezioloq-reanimotoloqa ehtiyac olmasın. Hazırda muxtar respublikanın səhiyyə sistemində aparılan geniş islahatlar, əhalinin sağlamlığına göstərilən dövlət qayğısı sayəsində yüksəkixtisaslı anestezioloji və reanimotoloji yardımın göstərilməsi üçün müasir standartlara cavab verən müvafiq maddi-texniki baza yaradılıb, şəhər və rayonlarda fəaliyyət göstərən xəstəxanalarda bu istiqamətdə yüksək tibbi xidmət təşkil olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyi tərəfindən anestezioloji xidmətin koordinasiyasına ciddi nəzarət edilməsinin nəticəsidir ki, həkimlərimiz qonşu Türkiyədə ixtisaslaşır və muxtar respublikamıza qayıdaraq fəaliyyətlərini davam etdirirlər. Bu isə səhiyyə müəssisələrində anestezioloq ixtisası üzrə kadr çatışmazlığının aradan qaldırılmasını
təmin edir.
– Cabir həkim, çalışdığınız şöbədə nəzəri bilikləri tətbiq etmək üçün hansı şərait var?
– Cərrahiyyə şöbəsi pediatrik xəstələrin xəstəxanada ən çox üz tutduqları şöbədir. Bura 14 çarpayılıqdır. Şöbədə təhlükəsiz və müasir standartlara cavab verən müasir tibbi avadanlıqlar quraşdırılaraq istifadəmizə verilib. Çalışdığım 6 çarpayılıq Reanimasiya şöbəsində də süni tənəffüs, infuzion aparatları, moni­torlar, mərkəzi oksigen sistemi mövcuddur. Təşkil olunan bütün bu şərait həkim və orta tibb işçilərinin xəstələrə yüksək səviyyəli xidmət göstərmələrinə, daha təhlükəsiz və uğurlu əməliyyatların keçirilməsinə şərait yaradır.
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, mən Reanimasiya və intensiv tera­piya şöbəsində əvvəllər də çalışmışam. Bu şöbəyə müraciət edən hər ağır xəstənin vəziyyətdən çıxması bizim üçün böyük uğurdur. Bütövlükdə, xəstəsinin sağalması hər bir həkimin, mən deyərdim ki, ömür payıdır.
– Yüksəkixtisaslı gənc həkimlərdən gözləntilər daha çoxdur. Bu isə ikiqat məsuliyyət tələb edir.
– Elədir. Bütövlükdə, hər bir həkimin əsas vəzifəsi əhalinin sağlamlığı keşiyində dayanmaqdan ibarətdir. Anestezioloq kimi mən belə hesab edirəm ki, əsas vəzifəm uşaq cərrahiyyəsinin inki­şafına öz töhfəmi verməkdən, burada əməliyyat olunan xəstələrə daha təhlükəsiz xidmət göstərilməsi üçün əlimdən gələni etməkdən ibarətdir. Əməliyyata ehtiyacı olan uşaq əhalisinin maddi və mənəvi əziyyətlər hesabına başqa şəhər­lərə üz tutmadan daha yaxşı cərrahi müalicə alması hər bir yerli həkimin arzusudur. Çalışdığım Cərrahiyyə şöbə­sində əməliyyat olunacaq xəstələr əvvəlcədən bütün müayinələrdən keçirilir və əməliyyat olunurlar. Sonrakı dövr də bizim üçün önəmlidir. Belə ki, əməliyyat keçirən xəstələr Reanimasiya şöbəsində həkim müşahidəsi altında saxlanılır. Bu şöbədə uşaqlarda kriptorxizm, hidrosel, varikosel, apendisit, bağırsaq keçməzliyi və digər cərrahi əməliyyatlar aparılır.
– Gənc kadrlar əmək fəaliyyətinə başladığı ilk vaxtlarda çətinliklərlə də üzləşirlər. Yəqin ki, siz də istisna ­deyilsiniz?
– Elə vaxtlar olub ki, müəyyən çətinliklərlə üzləşmişəm, amma bilmədiklərimi öyrənməkdən çəkinməmişəm, həmkarlarımı köməyə çağırıb onlardan məsləhətlər almışam. Konsiliumlarda iştirakım daim öz faydasını verib. Burada öyrəndiklərim bir də odur ki, bacarıqlı həkim savadlı olmaqdan başqa, peşəkar psixoloq, vicdanlı insan, həm də hamı ilə dil tapa bilən, ünsiyyətcil olmalıdır. Çalışdığım xəstəxanada belələri ilə çiyin­-çiyinə işləmək mənim üçün xoşdur. Ağır anları xəstəsi ilə bərabər yaşayan, onu xilas etməyə çalışan, onunla xəstələnib onunla sağalan, kiminsə həyatının məsuliyyətini yaşayan, həyativacib qərarlar qəbul edən təcrübəli həkimlərimiz çoxdur və hər biri uzmanlıq keyfiyyətlərinə malikdir. Onlardan öyrəndiklərim budur ki, iş, professionallıq çox önəmlidir, amma insanlarla münasibət, sayğı, prinsiplərə sadiq qalmaq və dürüstlük bunlardan da önəmlidir.
Çalışdığım qısa zaman kəsiyində əvvəlki iş yerlərimlə müqayisələr aparıb həkimlərimizin bilik və bacarıqlarının başqalarından heç də az olmadığına bir daha inanmışam. Bu əminlik deməyə imkan verir ki, xəstələrin maddi və mənəvi əziyyətlər bahasına müalicə üçün uzaq ünvanlara üz tutmalarına ehtiyac yoxdur. Doğma Naxçıvanımızda onların müalicəsi üçün hər bir şərait var. Yetər ki, sağlamlığınızı bizim həkimlərimizə etibar edəsiniz!

Hüseyn Əsgərov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064452
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3058
4327
7385
115783
3064452

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter