16 Dekabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Tətbiqi kimya laboratoriyasında “Şorsu” müalicəvi palçığının təqdimatı keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi müəssisənin yaranma zərurətindən, strukturu və fəaliyyəti barədə məlumat verərək burada aparılan araşdırmaların əhəmiyyətindən söz açıb. Bildirilib ki, doğma Naxçıvanımız yeraltı və yerüstü sərvətlərlə zəngindir və səmərəli istifadə edilməsi üçün bu sərvətlərin dərindən öyrənilməsi zəruridir.
Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bölməyə göstərdiyi diqqət və qayğı sayəsində elmi-tədqiqat imkanlarının genişləndiyini, səmərəli nəticələrin əldə edilməsinə şərait yarandığını bildirib. Son illər fundamental tədqiqat işləri həyata keçirən bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatların aparıldığını diqqətə çatdıran İsmayıl Hacıyev Ali Məclis ­Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirildiyini bildirib. Bölmə tərəfindən müalicəvi əhəmiyyətli “Şorsu” palçığının hazırlığı ilə bağlı məlumat verən akademik palçığın laboratoriya şəraitində işlənməsindən sonra həm palçıq, həm də quru toz formasında qablaşdırıldığını deyib. Qeyd olunub ki, təbii müalicəvi vasitə bu günlərdə müxtəlif əczaxanalara satışa veriləcək.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək “Şorsu” palçığının müalicəvi əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, əhalinin əvvəl primitiv şəkildə istifadə etdiyi palçıq hazırda AMEA Naxçıvan Bölməsinin laboratoriyasında gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicə­sində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanıldıqdan sonra qablaşdırılıb. Palçıq 17 adda – revmatizm, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nefrit, nevralgiya, prostatit və digər xəstə­liklərin müalicəsində istifadə edilə bilər. Müalicə aplikasiya, tampon və ümumi palçıq vannası şəklində mümkündür. Paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası da göstərilib.
Sonra Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev maqnezium, natrium, kalsium, dəmir oksid tərkibli “Şorsu” müalicəvi palçığının laboratoriya şəraitində hazırlığı, krem və toz halına salınması prosesindən danışıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3410896
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
689
3748
30726
70063
3410896

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter