14 Avqust 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Cari ilin ötən yarımilində orta tibb işçilərinin sertifikasiya imtahanında 91 orta tibb işçisindən 41 nəfəri uğurlu nəticə əldə edib. Bu müddətdə 12 nəfər işə qəbul üçün imtahan verib.
İyulun 27-dən start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri 3 gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Muxtar respublikanın səhiyyə sistemində elektron test üsulu ilə mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya imtahanları tibb işçilərinin öz üzərlərində çalışmalarına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etmələrinə imkan yaradır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün suallar əvvəlcədən tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla, müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartları kodlaşdırılıb, onların yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda Şərur, Babək, Kəngərli və Culfa rayon mərkəzi xəstəxanalarının, kənd sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin 74 orta tibb işçisindən 69-u iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 35 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 34 nəfər isə zəruri həddi keçə bilməyib.
Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2874798
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4320
4167
8487
61492
2874798

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter