08 Dekabr 2019, Bazar

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində birhəftəlik təcrübə kursu keçiblər.
Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin dekan əvəzi, dosent Sadiq Yayla və dekan müavini, dosent Səmra Kaya 2 müəllim, 7 tələbənin iştirak etdiyi nümayəndə heyətini qəbul edərək, klinik təcrübənin keçirilmə planına uyğun olaraq tələbələri əlaqədar şöbələrlə tanış ediblər.
Klinik müayinə və laboratoriya dərslərində iştirak edən tələbələrə əvvəlcə universitetin Cərrahiyyə kafedrasının professoru İsa Özaydın xəstə heyvanların qəbulu, qeydiyyatı, onların təsbiti, müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat verib. Sonra cərrahiyyə praktikasında istifadə olunan müxtəlif növ tikiş üsulları haqda danışıb. Tələbələr cərrahların rəhbərliyi ilə tibbi əməliyyatlarda iştirak ediblər.
Yoluxmayan daxili xəstəliklər kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsilə heyvanlardan qan alınması və sonradan onun sentrifuqada fırladılaraq fraksiyalara bölünməsi, heyvanlara müxtəlif üsullarla dərman maddələrinin yeridilməsi texnikası öyrədilib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR