16 İyul 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Yaşıllığı az olan, dəniz səviyyəsindən yüksək ərazilərdə, Günəş şüasının çox düşdüyü isti ölkələrdə allergiya, keratokonus, quru göz sindromu kimi xəstəliklərə daha çox rast gəlinir. Bəs dünyanın enerji qaynağı olan Günəşin sağlamlığımız üçün faydaları ilə yanaşı, zərərli olduğunu da bilirikmi? Sadaladığımız bu qədər təhlükələrdən necə qorunmalıyıq? Yay fəslində ən çox rast gəlinən problemlərdən biri – günvurma zamanı ilk tibbi yardım necə aparılmalıdır?

Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili təxirəsalınmaz planlı yardım şöbəsinin müdiri Pəri Əliyeva ilə həmsöhbət olduq. Bildirdi ki, Günəş şüalarının insan orqanizminə çox faydalı olması ilə yanaşı, aldığımız ultrabənövşəyi şüaların zərərli təsirini də yaddan çıxarmamalıyıq. Bundan qorunmanın ən yaxşı yolu Günəş şüaları altında uzun müddət qalmamaqdır. Günəş şüalarının ən təsirli vaxtı saat 1000-1600 arasıdır. Ona görə də günün bu saat­larında qapalı məkanlarda olmaq məsləhət görülür. Açıq havada işləyənlər həmin saatlarda kölgəyə çəkilməli və ya əyinlərinə açıq rəng­li geyimlər geyinməlidirlər.

Pəri həkimin sözlərinə görə, çox zaman valideynlər bu şüaların orqanizm üçün xeyirli olduğunu düşünərək uşaqları saatlarla Günəş altında oynamağa buraxır, özləri isə dəniz kənarında, hovuz başında Günəş vannası qəbul edirlər. Düzdür, Günəş şüaları xeyirlidir, amma düzgün zamanda qəbul edildiyində. Günəş şüaları altında çox qalan zaman günvurma baş verə bilər ki, bu da bəzən ölümlə nəticələnir. Günəş, adətən, istiliyin 32 dərəcədən yuxarı, nisbi rütubətin 60 faizdən çox olduğu saatlarda təhlükəli sayılır. Günvurma zamanı bədənin hərarəti 41 dərəcəyə qalxır. Ürək, beyin, böyrək, qaraciyər kimi bir çox həyati əhəmiyyət kəsb edən orqanların funksiyaları pozulur. Günvurma ani olaraq ortaya çıxan başağrısına, başgicəllənməyə, nitq pozuntusuna, hallüsunasiyaya, huşunu itirməyə, ürəkgetməyə və komaya səbəb ola bilər.
Ağır günvurma zamanı termometr 41 dərəcəni göstərsə də, daxildə istiliyin dərəcəsi 44-ə qədər qalxa bilir. Bu halda dəri quru və qızarmış, nəbz sürətli, tənəffüs isə zəif olur. Bu zaman xəstə komaya düşə, onda böyrək çatışmazlığı, damarda qan laxtalanması daha sürətlə yarana, Günəş şüası dəridə qalıcı yanıqlara da səbəb ola bilər.
Günəş şüaları altında qoruyucu geyimsiz və maskasız qalarkən dəridə qızartı, qaşınma və bəzən sulu yaralar əmələ gəlir. Bu yaralar gün yanığı hesab edilir.
Həkimin sözlərinə görə, günvurma zamanı, ilk olaraq, xəstənin paltarını çıxarmaq, içməyə soyuq ayran, mineral su vermək, başa, qoltuq altına, boyuna, qasıq nahiyəsinə buz qovluğu qoymaq və soyuq su ilə isladılmış mələfə ilə bükmək bəs edər. Xəstənin huşu itibsə, naşatır spirti iylətmək lazımdır. Tənəffüs və ürək dayandıqda ürəyin qapalı masajı və süni tənəffüs yerinə yetirilir. Belə xəstələr bir neçə gün nəzarətdə olmalıdırlar. Ağır hallarda xəstələr təcili yardımla reanimasiya şöbələrinə aparılmalıdırlar.
İsti və günvurmadan qorunmaq üçün bəzi iş normalarına əməl etmək lazımdır. İsti günlərdə həzmi asan olan yeməklər yemək, çox maye qəbul etmək, meyvə-tərəvəzlə qidalanmaq, siqaretdən uzaq durmaq və tez-tez duş qəbul etmək lazımdır. Maye qəbulu ilə bağlı rejim çox vacibdir. Tünd olmayan çay, kvas qəbulu su-duz mübadiləsinin tənzimlənməsində və orqanizmdə mayenin saxlanmasında mühüm rol oynayır.
Pəri Əliyeva onu da bildirdi ki, isti hava şəraitində işləyərkən iş rejimi düzgün qurulmalıdır. İstidə alkoqol qəbulu hərarətin tənzimlənməsini kəskin pozur və istivurmanın əmələ gəlməsini tezləşdirir. Qeyd edək ki, insan orqanizmi hər bir şəraitə, eləcə də istiyə 1 həftə müddətində alışır. İlk gün hiss edilən narahatlıq sonuncu günə qədər azalıb yox olur. Buna görə də çalışın ki, bədəninizin öyrənə biləcəyi 7 gündə özünüzü gün­vurmadan qoruyasınız.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2737323
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4374
4867
4374
78562
2737323

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter