26 May 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşəkarlıq səviyyəsinin artırılması və digər bu kimi tədbirlər son illər muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradıb. Bununla yanaşı, səhiyyə işçiləri ilə əhali arasında əlaqələri operativ qaydada təmin etmək məqsədilə yaradılan tibbi maarifləndirmə məktəbləri də fəaliyyət göstərir ki, bu da insanların tibbi biliklərə yiyələnməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Səhiyyə maarifi işinin əsasını təşkil edən ailə sağlamlıq, diabet və ailə planlaşdırılması və reproduktiv sağlamlıq məktəbləri əhali arasında bir növ təlim işləri aparır.

İlk olaraq haqqında bəhs edəcəyimiz ailə sağlamlıq məktəbi, əsasən, uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, hamilə qadınlara patronaj xidmətinin gücləndirilməsi, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların qidalanmasının düzgün təşkil edilməsi, onların, xüsusən ana südü ilə qidalandırılması ilə bağlı maarifləndirmə işləri aparır. Uşaqların yoluxucu xəstəliklərə qarşı aldığı peyvəndlərin ardıcıl icra olunmasının gələcək nəslin sağlam böyüməsində vacibliyi, uşaqlara elektron sağlamlıq kartlarının verilməsinin əhəmiyyəti, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaq böyümələri ilə bağlı valideynlərin maariflənməsində ailə sağlamlıq məktəbinin böyük rolu vardır.
Qeyd edək ki, son illərdə dünyada geniş yayılmış xəstəliklərdən biri də diabet xəstəliyidir. Buna görə muxtar respublikamızda da şəkərli diabet xəstəliyinin profilaktikası diqqət mərkəzində saxlanılır, dövlət tərəfindən bu qəbildən olan xəstələr zəruri dərman preparatları ilə təmin olunur. Şəkərli diabet məktəbinin yaradılmasında da əsas məqsəd əhalinin bu istiqamətdə maarifləndirilməsidir. Bunun üçün səhiyyə işçiləri Naxçıvan şəhərində və muxtar respublikamızın müxtəlif bölgələrində xəstəliklə bağlı təlimlər aparır, maarifləndirmə tədbirləri təşkil edirlər. Tibb işçiləri təlimlərə cəlb edilən diabetli xəstələrə və risk qrupuna aid əhaliyə bu xəstəliklə bağlı biliklərin artırılması və özünənəzarətin gücləndirilməsi məqsədilə məlumatlandırmaqla onlara sağlam həyat tərzi aşılayırlar.
Haqqında bəhs edəcəyimiz digər səhiyyə məktəbi isə ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlıdır. Bu məqsədlə yaradılmış ailə planlaşdırılması və reproduktiv sağlamlıq məktəbi hazırda muxtar respublikada ana sağlamlığının mühafizəsi, o cümlədən hamiləlik dövründə, həkim nəzarəti altında doğuş və doğuşdan sonrakı dövrlərdə qulluğu, ailələrin müvafiq vaxtda və sayda uşaq sahibi olmaq arzularının reallaşdırılması istiqamətində öz fəaliyyətini qurub. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, bu sahədə həyata keçirilən tədbirlər ana və uşaq ölümlərinin azalmasına, həm də sağlam nəsillərin formalaşmasına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev bizimlə söhbətində bildirdi ki, ailə sağlamlıq, şəkərli diabet, ailə planlaşdırılması və reproduktiv sağlamlıq məktəblərinin əsas fəaliyyəti maarifləndirmə istiqamətində qurulub. Bu gün muxtar respublikamızda yeni səhiyyə ocaqlarının tikilməsi, mövcud olanların əsaslı şəkildə yenidən qurulması və bu müəssisələrin müasir tibbi avadanlıqlarla təmin olunması səhiyyə xidmətinin də günün tələbləri səviyyəsində qurulmasını zəruri edir. Səhiyyə maarifi işi isə əhaliyə göstərilən səhiyyə xidmətinin əsasını təşkil edir. Məhz yaradılmış bu məktəblər də muxtar respublikamızda müxtəlif istiqamətlər üzrə həyata keçirilən səhiyyə maarifi işinin əsasını təşkil edir.
Bəli, bu gün muxtar respublikamızın tərəqqisi səhiyyənin də inkişafından yan keçməyib. Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin əsas kökündə insan amili dayandığından əhalinin sağlamlığının qorunması da bir nömrəli vəzifə kimi müəyyənləşdirilib. Bu baxımdan sağlamlıq məktəbləri tərəfindən həyata keçirilən müxtəlif profilaktika və maarifləndirmə tədbirləri də əhali sağlamlığının qorunmasına öz töhfəsini verir.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2476765
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1004
6293
36387
172593
2476765

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter