17 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, idarəolunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə müasir tibbi avadanlıqlar və dərman preparatları gətirilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisələrinin işçilərindən 245 nəfər qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, 18 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq 24 mart – Beynəlxalq Vərəmlə Mübarizə Gününə dair tədbirlər həyata keçirilib. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Ordubad və Şərur Rayon Mərkəzi xəstəxanalarında 24 mart – Beynəlxalq Vərəmlə Mübarizə Günü ilə əlaqədar elmi-praktik seminarlar keçirilib.
“Dünya Qlaukoma Həftəsi” çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Respublika Xəstəxanasında aksiya keçirilərək 150 nəfərdə, Şahbuz ­Rayon Mərkəzi Xəstəxanasında isə 72 nəfərdə müayinələr aparılıb.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb. Rayon gigiyena və epidemiologiya mərkəzləri kollektivlərinin iştirakı ilə dezinfeksiya tədbirləri davam etdirilib.
Səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. İş yerində təcrübə keçməsi üçün 3 həkim və 1 orta tibb işçisi Bakı, 1 həkim isə Naxçıvan şəhərinə, 30 mama isə Naxçıvan Tibb Kollecində təkmilləşmə kursuna göndərilib.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərindən olan pediatrik reanimasiyaya dair elmi-praktik seminar keçirilib. Tədbirdə uşaq əhalisinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından bəhs olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən mart ayı ərzində 4 nəfər Bakı şəhər Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 15 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 18 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3419199
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4100
4892
4100
78366
3419199

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter