19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Son illər muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də xeyli uğurlu nəticələr əldə edilib. Səhiyyə müəssisələrinin təmir və bərpası, müasir tibbi avadanlıqlarla təchiz olunması və digər tədbirlər bu sahədə qazanılan uğurların təməl daşlarıdır. Bu tədbirlər zamanı  yüksəkixtisaslı kadrların hazırlanması işi də diqqətdən kənarda qalmayıb. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecində hər il müxtəlif ixtisaslı həkim və tibb işçiləri yetişdirilir.

Muxtar respublikada tibb fəaliyyəti ilə məşğul olan özəl müəssisələrə də hərtərəfli dövlət qayğısından xeyli pay düşüb. Naxçıvan şəhərində fəaliyyət göstərən “Şəfa” Özəl Tibb Mərkəzi də bu qayğıdan bəhrələnib. Mərkəz 2000-ci ildə yaradılıb, 2006-cı ildən isə yeni binada fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif klinikalarda təkmilləşmə kursu keçmiş 12 yüksəkixtisaslı və elmi dərəcəli həkim, 20-dən artıq tibb işçisi çalışır. Bəs ötən dövr ərzində mərkəzdə hansı yeniliklər baş verib? Vətəndaşlar bu səhiyyə ocağının xidmətindən razıdırlarmı?
Elə bu suallara cavab tapmaq üçün ötən günlərdə adıçəkilən ünvanda olduq. Mərkəzə çox sayda vətəndaşın müraciət etməsi nəzərimizdən yayınmadı. Öyrəndik ki, əvvəllər yerli həkimlərə üz tutmaqdan ehtiyat edənlər indi bu imkanlardan lazımınca istifadə edirlər.

Mərkəzin direktoru Əmir Kərimov bildirdi ki, bu gün muxtar respublikada səhiyyə sahəsinə göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Bu səhiyyə müəssisəsi də bu qayğıdan bəhrələnir. Əks təqdirdə müasir tələblərə cavab verən belə bir səhiyyə ocağının yaradılması və fəaliyyət göstərməsi qeyri-mümkün olardı. Götürülən güzəştli kredit hesabına mərkəzdə müasir tələblərə uyğun səhiyyə xidməti təşkil olunub.
Mərkəzin direktoru onu da bildirdi ki, il ərzində Bakı şəhərindən və xarici ölkələrdən təcrübəli həkimlər buraya dəvət olunur. Onların iştirakı ilə bir sıra əməliyyatlar həyata keçirilir. Bakı şəhərindən dəvət olunanlar arasında professor Çərkəz Cəfərov, cərrah-proktoloq Məsmə Həsənova, lor-cərrah Tələt Şəfiyev, neyrocərrah Elçin İbrahimov, oftalmoloq Ergün Rəşidəlizadə, travmotoloq Sənan Aşurov və digərlərinin adlarını qeyd etmək olar. Bu təcrübəli həkimlərin mütəmadi olaraq mərkəzdə ciddi əməliyyatlarda iştirak etmələri xəstəxanada yeni işə başlayan tibb işçilərinin əlavə təcrübə qazanmalarına şərait yaradır. Lakin bu, o demək deyil ki, mərkəzdə təcrübəli həkimlər azdır. Belə ki, bir çox əməliy­yat xəstəxananın öz həkimləri tərəfindən aparılır.
Apardığımız müşahidələrdən də aydın oldu ki, burada nümunəvi səhiyyə xidməti üçün hər cür şərait vardır. Yüksək səviyyədə təmir edilmiş geniş və işıqlı palatalar, təmiz yataq dəstləri burada xəstələrin rahat şəkildə müalicə almaları üçündür. Mərkəzdə mədə-bağırsaq sistemində cərrahi və rekonstruktiv əməliyyatlar, qaraciyər və öd yolları, mədəaltı vəzin, ginekoloji və digər ciddi xəstəliklərin müalicəsi təcrübəli həkimlər tərəfindən müasir üsullarla aparılır.
Öyrəndik ki, mərkəzdə Stasionar, Reanimasiya, Poliklinika, Balneoloji, Göz şöbələri fəaliyyət göstərir. Şöbələrdə Yaponiya, Almaniya, Türkiyə və Rusiyanın istehsalı olan tibbi avadanlıqlar quraşdırılıb. Balneoloji şöbənin həkimi Sadıq Sadıqov dedi ki, burada hidrokolon aparatı vasitəsilə 30 dəqiqə ərzində bağırsaqlar yuyulub təmizlənir ki, bu da bir sıra xəstəliklərin müalicəsində effektli nəticə verir.
Poliklinika şöbəsində yerləşən və gün ərzində fasiləsiz fəaliyyət göstərən laboratoriyada bütün növ analizlər aparılır. Göz şöbəsi müasir müayinə avadanlıqları ilə təchiz edilib. Burada Türkiyə Respublikasından dəvət olunmuş tanınmış həkim Kənan Yıldırım xəstəxananın həkimləri ilə birgə göz xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Reanimasiya şöbəsi və əməliy­yat blokları mərkəzləşmiş oksigenlə təmin olunub. Burada quraşdırılan çoxkanallı anestezioloji monitordan istifadə etməklə əməliyyatlar izlənilir. Mərkəzdə, həmçinin Funksional ­diaqnostik kabinə yaradılıb ki, burada ürəyin EKQ-si, qarın boşluğu orqanlarının ultrasonoqrafik müayinəsi həyata keçirilir.
Mərkəzin təcrübəli həkimlərindən Əli Əliyev, Rəşad Məmmədov, Fərqanə Mustafayeva, Cavid Qənbərli və Valid Kazımov buraya üz tutan insanlara nümunəvi səhiyyə xidməti göstərmək üçün səylə çalışırlar. Qeyd edək ki, Rəşad Məmmədov 4 il İstanbul şəhərindəki Gülhanə Hərbi Tibb Akademiyasında çalışıb. Fərqanə Mustafayeva Moskva şəhərində ikillik kliniki təcrübə keçib. Tanınmış səhiyyə işçisi Əli Əliyev isə Sankt-Peterburq Hərbi Tibb Akademiyasında təhsil alıb. Elə bunun üçün də xəstəxanaya pənah gətirənlər, necə deyərlər, naümid qalmırlar. Bunu xəstəxananın imkanlarından yararlanıb şəfa tapanlar daha yaxşı bilərlər. Mərkəzə gəlmişkən, onlardan bəziləri ilə görüşüb söhbət etdik.
Naxçıvan şəhər sakini, əvvəllər mexaniki bağırsaq keçməməzliyi xəstəliyindən əziyyət çəkən 2008-ci il təvəllüdlü Xanım Qalayeva bu səhiyyə ocağında həmin xəstəlikdən müalicə olunub. Məhz elə buna görədir ki, atası Cəmşid Qalayev bizimlə söhbətində sevincini gizlədə bilmədi. O dedi ki, övladını buraya gətirəndə, necə deyərlər, əlini həyatdan üzmüşdü. Onun belə asanca sağalacağına inamı yox idi. Ancaq bacarıqlı həkimlər və yaradılan şərait ailələrinə sevinc bəxş etdi. Övladına bəxş olunan həyata görə dövlətimizə və qayğıkeş həkimlərə minnətdardır.
Digər müsahibim Müçtəba Seyidov isə dedi:
– Biz müstəqil respublikanın xoşbəxt insanlarıyıq. Çünki hərtərəfli şəraitlə təmin olunmuş xəstəxanalarda müalicə alırıq. Xatirimdədir, sovetlər dövründə bu cür şəraitə malik səhiyyə ocağı tapılmaz, tibbi xidmətdən söhbət gedə bilməzdi. Lakin bu gün muxtar respublikada vəziyyət tam fərqlidir. Son illər tikilib istifadəyə verilən müasir xəstəxana binaları əhaliyə və tibb işçilərinə əvəzsiz töhfədir. Müalicə aldığım bu səhiyyə ocağında gördüklərimdən deyə bilərəm ki, burada çalışan tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə hesab edirlər. Bizə isə onlara minnətdar olmaq qalır.
Bəli, bu gün muxtar respublikamızda fəaliyyət göstərən dövlət səhiyyə ocaqlarında olan şərait özəl müəssisələrdə də vardır. Bunu qonağı olduğumuz “Şəfa” Özəl Tibb Mərkəzinin timsalında daha aydın görə bilərik.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037601
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4411
5369
14833
88932
3037601

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter