21 İyul 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Müasir dünyada geniş yayılmış sığorta növlərindən biri də icbari tibbi sığortadır. Bu sığorta növü hər bir insanın sağlamlığının qorunmasında əhəmiyyətli olub, bir çox xüsusiyyətlərinə görə mühüm iqtisadi və sosial münasibətlərdən hesab olunur. Xüsusən bazar iqtisadiyyatı şəraitində hər bir ailə büdcəsinin qorunması məqsədilə tətbiq olunan icbari tibbi sığorta sistemi hər kəsin qarşılaşa biləcəyi maddi problemlərin həllinə kömək edən mütərəqqi dünya təcrübəsidir. 

Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası vətəndaşlarının, habelə Naxçıvan Muxtar Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin tibbi yardım almasına təminat verir. Bu, icbari tibbi sığorta proqramına uyğun olan həcmdə əhalinin tibbi xidmətlər almasını təmin edir.
Ölkəmizdə və muxtar respublikamızda tətbiq olunmasına başlanan icbari tibbi sığorta insanların sosial müdafiəsinin yüksəldilməsinə yönəlmiş mühüm bir addımdır. Bu mənada, “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli Fərmanı ilə icbari tibbi sığortanın ilk olaraq Sədərək rayonunda tətbiq edilməsi əhaliyə göstərilən diqqət və qayğının daha bir bariz ­nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanında verilən tapşırıqlara uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi üçün lazımi işlərin həyata keçirilməsinə başlanılmışdır. İcbari tibbi sığortanın mərhələli şəkildə həyata keçirilməsi muxtar respublikada tətbiq edilməsi ilə əlaqədar mümkün problemlərin aşkarlanması və səmərəli həlli yollarının tapılması, habelə icbari tibbi sığorta sisteminin tətbiqi sahəsində təcrübənin əldə edilməsinə imkan verəcəkdir.
İcbari tibbi sığortaya cəlb olunan əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması, əhalinin sığorta­lanma prosesinin və qeydiyyatının elektron qaydada həyata keçirilməsi, icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən xidmətlər üzrə maliyyələşmənin elektron qaydada aparılması və müvafiq dövlət qurumlarından aidiyyəti məlumatların əldə olunması istiqamətində işlər görülüb. Pro­qram təminatlarının, informasiya sistemlərinin, informasiya ehtiyatlarının (məlumat bazalarının), reyestrlərin yaradılması və təkmilləşdirilməsi işinə başlanılıb.
Görülən işlərlə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin nümayəndəsi Vüsal Məmmədov ilə söhbətimizdə bildirdi ki, Ali Məclisin Sədri tərəfindən 2018-ci il 25 yanvar tarixdə Sədərək Rayon Mərkəzi Xəstəxanasında görülmüş işlərə baxış keçirilmiş və muxtar respublika rəhbərinin tapşırığı ilə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bunun üçün icbari tibbi sı­ğortaya cəlb olunan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar, şəxsin iş yeri və gəlirləri, pensiyaçılar, sosial müavinət alanlar, işsiz statusu olanlar, ünvanlı dövlət sosial yardımı alanlar, gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatlar, əyani təhsil alan tələbələr, ölüm və doğum faktının qeydiyyata alınmasına dair məlumatlar, tibb müəssisələri üzrə məlumatlar, mövcud tədbirlər proqramları ilə əhatə olunan, həmçinin özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə məlumatlar toplanılıb. Bundan əlavə, muxtar respublikanın sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparılmış, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlər müəyyən edilmişdir.
İcbari tibbi sığorta tibbi xidmətlərin hər kəs üçün əlçatanlığını təmin edərək sonradan genişləndirilə biləcək baza (əsas xidmətlər) zərfi çərçivəsində əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsini təmin edəcəkdir. İcbari tibbi sığortanın baza zərfindəki tibbi xidmətlərin tətbiqinə mərhələli şəkildə başlanılacaqdır. İlk olaraq sığortaolunanlar ilkin səhiyyə (qəbul həkimi) xidmətindən yararlana bilərlər. Bu xidmət ödənişsiz həyata keçirilir. Tibb müəssisəsi göstərdiyi icbari tibbi sığortanın baza zərfinə daxil olmayan, məsələn, stomatoloji xidmətlər, həyati vacib olmayan və digər tibbi xidmətlərin dəyəri məbləğində sığorta­olunanlar ödəniş edəcəklər.
İcbari tibbi sığortaya keçid mərhələli şəkildə qanunla müəyyən olunmuş tələblərə uyğun həyata keçiriləcəkdir. İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlıq səviyyəsinə müsbət təsir göstərəcək, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi ilə daha ağır mərhələyə keçidinin qarşısı alınacaq, ən ucqar kənd­lərdə belə, əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunacaq, infeksion və digər xəstəliklərin səmərəli profilaktikası təşkil ediləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanına uyğun olaraq yaradılmış Səhiyyə informasiya idarə­etmə sistemi vasitəsilə sığorta­olunanlar 6 aydan bir “Chek-up” müayinələrinə cəlb olunması barədə və milli peyvənd təqviminə və dispanser nəzarətə ehtiyacı olan xəstəliklərin müayinə təqviminə uyğun olaraq SMS vasitəsilə məlumatlandırılacaqlar.
Fərmanda nəzərdə tutulduğu kimi agentliyin www.its.naxcivan.az internet saytı yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir. Sığortaolunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnamə nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcəkdir.
Göründüyü kimi, icbari tibbi sığorta bütün cəmiyyət üzvlərinin sağlamlığının qorunması üçün geniş imkanlar vəd edir. Bu, əhalinin ömür uzunluğunun artırılması istiqamətində həyata keçirilən çox mühüm layihədir. Bunun köməyi ilə muxtar respublikada əhaliyə keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinin stimullaşdırılmasına, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına, mövcud resursların daha səmərəli istifadə edilməsinə nail olunacaqdır. Gələcəkdə əhatə dairəsinin genişləndirilməsi (kütləviləşməsi) ilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi təmin olunacaq, xəstə­liklərin səmərəli profilaktikası təşkil ediləcəkdir. Odur ki, bu sığorta növünün tətbiqi ilə bağlı maarifləndirici tədbirlərin aparılması da muxtar respublikamızda bu sahəyə olan marağın artmasına və vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsinə səbəb olacaqdır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2759431
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
397
5244
26482
100670
2759431

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter