18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, neonatoloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi forumun işində paytaxt Bakı şəhərinin səhiyyə ocaqlarının yüksəkixtisaslı mütəxəssisləri və muxtar respublika tibb müəssisələrinin həkimləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, bu gün muxtar respublikamızda müasir xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir. Natiq gələcəyimiz olan uşaqlara xidmət edən tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinin, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsinin pediatrik xidmətin səviyyəsinin yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Qeyd edib ki, muxtar respublikada uşaqların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, yoluxucu xəstə­liklərə qarşı peyvəndlərin vurulması və digər mühüm sağlamlıq tədbirləri daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının mütəxəssisi, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim-psixiatrı, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqətin, əhalinin sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlərin insanların həyat keyfiyyətinin yüksəlməsinə önəmli təsir göstərdiyini qeyd edib. O, elmi forumun yeni müayinə və müalicə üsullarının tətbiqi sahəsində əldə edilən nailiyyətlərin diqqətə çatdırılması və qazanılan təcrübənin mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrası, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim-pediatrı, tibb elmləri üzrə fəlsəfə doktoru Nigar Sadiyeva “Peyvəndlər: müasir yanaşma” mövzusundakı çıxışında bildirib ki, vaksinasiya hər il 3 milyon uşaq ölümünün, 750 min uşağın əlil olmasının qarşısını alır. Qızılca, məxmərək, vərəm kimi infeksion xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvəndlərin vurulması vacibdir.
Yüksəkixtisaslı həkimlər “Bakı Medical Plaza” Klinikasının Neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov “Yenidoğulmuşlarda sarılıqlar”, “Bakı Medical Plaza” Klinikasının həkimi Aqil Abilov “Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma”, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin uşaq nevropatoloqu Rima İbadova “Autizm-nevroloq gözü ilə” mövzularında çıxış ediblər.
Konfransda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

*  *  *

Elmi-praktik konfransda iştirak edən yüksəkixtisaslı həkimlər fevralın 3-4-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında humanitar tibbi aksiya keçirərək tibbi müayinələr aparıblar.
Aksiya zamanı uşaqlar müxtəlif tibbi müayinələrlə əhatə ediliblər. Yerli şəraitdə diaqnozu aydın bilinməyən xəstələrin diaq­nozu müəyyənləşdirilib, dispanser qeydiyyatına götürülüb, onların sonrakı müalicəsinə göstərişlər verilib.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2 gün davam edən aksiyada 429 uşaq tibbi müayinə olunub. Bu cür aksiyaların təşkili balaca pasiyentlərin valideynləri tərəfindən minnətdarlıqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153651
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
711
4404
13816
68198
3153651

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter