25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış və bununla da, muxtar respublikada səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra səhiyyənin inkişafının təmin edilməsi, müalicə­-sağlamlıq işinin yaxşılaşdırılması məqsədilə mühüm tarixi qərarlar qəbul etmişdir. Ümummilli lider 1993-cü ildə ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra da digər sahələr kimi, səhiyyənin də yeni inkişaf mərhələsinin əsası qoyulmuş, Azərbaycanda insanların sağlamlığının qorunması, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyət amilinin artmasına imkan vermişdir.

Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf muxtar respublikada digər sahələr kimi səhiyyənin davamlı inkişafını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində son illər Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Mərkəzi Uşaq Xəstəxanası, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kəndlərdə həkim ambu­latoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumilikdə, son illər 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir.
Ölkəmizdə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikamızda ləğv edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən çox mühüm islahatlar öz faydasını verməkdədir. Əhalinin hər bir təbəqəsi keyfiyyətli tibbi xidmətlə əhatə olunub. Səhiyyə sistemində tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.
Bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı hər il muxtar respublikamızda da uğurla icra olunur, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilirlər.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Nəticədə, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliy­yatları aparılmasına nail olunmuşdur. Bu da əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.Türkiyə Respublikasından və Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olmuşdur. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması bir yaşa qədər ölən uşaqların sayının azalmasına səbəb olmuşdur. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan vermişdir.
Hazırda səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsini genişləndirmək, əhaliyə yerindəcə keyfiyyətli tibbi xidmət göstərmək prioritet istiqamətlərdən biridir. Bu məqsədlə çoxprofilli həkim briqadaları kənd­lərdə olur, əhaliyə lazımi tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bir məsələni də qeyd edək ki, bu gün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlifprofilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Bütövlükdə həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər nəticəsində muxtar respublikada yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət tam sabitdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında əhaliyə 228 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Təkcə ötən il bu müəssisələrə 34 həkim və 94 orta tibb işçisi təyinat almışdır. Tibb müəssisələrində 713 həkim, 2 min 97 orta tibb işçisi çalışır. Naxçıvanın səhiyyə müəssisələrində çalışan ağxalatlı peşə sahiblərinin əməyi dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilir.
Muxtar respublikanın səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulmuşdur. Cavan ailələrdə səhiyyə maarifi işini, hamilə qadınların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, peyvənd işinin təşkili, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədilə “Ailə sağlamlıq məktəbləri” yaradılmış, məşğələlərin davamlı aparılmasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi bundan sonra da əhalinin sağlamlığı keşiyində dayanacaq, səhiyyənin inkişafına öz layiqli töhfələrini ­verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128740
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1544
4356
5900
92340
4128740

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter