20 Yanvar 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti yanvar ayının 11-də Şərur rayonunda növbəti humanitar aksiyaya start verib.
Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 26 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Həkim-cərrahlardan Fariz Camalov, Samir Şıxıyev, Zahid Zahidov, ginekoloq Zenfira Cəfərova, kardioloq Hüseynağa Sultanov, otolarinqoloq Ramil Həşimli, nevropatoloq Qabil Bayramov, uroloq Ceyhun Cəlilov, endokrinoloq Nailə Mehrəliyeva və başqalarının səyi ilə aksiyanın ilk günü 342 nəfər ambulator müayinə ilə əhatə olunub. Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir.

Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 20 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla davam edir, xəstələr birgünlük müşahidə altında saxlanılır.
Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, praktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunurlar.
Aksiyada iştirak edən Şərur rayonunun Dəmirçi kəndindən iki uşaq anası Qətibə Qasımova bildirib ki, onun cərrahi müdaxiləyə ehtiyacı var idi. Rayon mərkəzi xəstəxanasında belə bir aksiya keçirilməsi sağlamlığının bərpasına imkan verib. Aksiyanın ilk günü onun üzərində cərrahi əməliyyat aparılıb. Palataya yerləşdirilən digər xəstə – Yengicə kənd sakini İradə Əkbərova da özünü yaxşı hiss edir. Müayinə və müalicə ilə əhatə edilən digər xəstələr – Xəyyam Nəcəfov, Səbinə Abbasova da onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir yanvarın 16-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6274215
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5130
17719
96269
324518
6274215

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter