21 Yanvar 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Son illər həkimlərimiz qonşu Türkiyə Respublikasında təhsillərini davam etdirdikdən sonra ölkəmizə qayıdaraq uğurla fəaliyyət göstərirlər. Belə həkimlərdən biri də Naxçıvan Muxtar Respublika Xəstəxanası Urologiya şöbəsinin uroloq-cərrahı Anar İbrahimovdur. Əvvəlcə onu qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən uroloji xidmətin koordinasiyasına ciddi nəzarət edilməsi, bu sahədə kadr hazırlığına diqqətin daha da artırılması səhiyyə müəssisələrində uroloq ixtisası üzrə kadr çatışmazlığının aradan qaldırılmasına şərait yaradıb. Anar həkim də belə kadrlardan biridir. Həmin gənc həkimlə söhbətimizdə də bu, bir daha öz əksini tapdı.

– Öncə sizi tanıyaq: həkim Anar İbrahimov kimdir?
– Babək rayonunun Nehrəm kəndində doğulmuşam. 1999-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almış, nefroloq olaraq interna keçmişəm. Elə həmin il Naxçıvan Muxtar Respublika Xəstəxanasının Urologiya şöbəsində uroloq-nefroloq kimi fəaliyyətə başlamışam. 2011-ci ildə Ankara Universiteti Tibb fakültəsinin İbn Sina Xəstəxanasının Urologiya şöbəsində işləməklə yanaşı, orada təhsilimi davam etdirmişəm. Həmin illərdə Ankara Dismorfoloji Simpoziumu, Türk, Balkan Uroloji konqreslərində və urologiya üzrə müxtəlif tədbirlərdə iştirak etmişəm. Nəhayət, 2017-ci ildə təhsilimi tamamlayaraq yenidən doğma iş yerimə qayıdıb uroloq-cərrah kimi fəaliyyətə başlamışam.

– Maraqlıdır, yüksəkixtisaslı həkim hansı keyfiyyətlərinə görə digərlərindən fərqlənir?
– Yüksəkixtisaslı həkim 6 il ümumi tibb təhsilini aldıqdan sonra ixtisas təhsilini keçib konkret bir sahə üzrə ixtisas əldə edən həkimlərə deyilir. Tibb fakültəsini bitirən hər kəs həkimdir, lakin həkim konkret sahə seçəcəksə, 3-4 il həmin sahədə assistentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və sair ola bilərlər. Yəni yüksəkixtisaslı həkim işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti olan həkimlərə deyilir. Bu həkim qrupunun ümumi fərqləndirici xüsusiyyəti budur ki, onlar təhsillərini müəyyən pillədə davam etdirirlər. Amma bu, o demək deyil ki, digər həkimlər yaxşı mütəxəssis ola bilməzlər. İşinin ustası olan hər bir həkim ekspertdir, kamil mütəxəssisdir.
– Çalışdığınız şöbədə nəzəri bilikləri tətbiq etmək üçün hansı şərait var?
– Urologiya şöbəsi pasiyentlərin xəstəxanada ən çox üz tutduqları sahələrdən biridir. 11 palatalı, 33 yerlik şöbəyə rəhbərlik edən Zəbur Bağırov da tanınmış həkimlərimizdəndir. Burada, həmçinin Zakir Abbaslı, Xaspolad Tutayuq kimi təcrübəli həkimlər, 7 orta tibb işçisi fəaliyyət göstərir. Müasir texnologiyalar sayəsində burada həm müayinə, həm də müalicə üsulları təkmilləşib. Belə ki, şöbədə bu gün daha dəqiq diaqnoz qoyulur, lazım gəldikdə mürəkkəb cərrahi əməliyyatlar aparılır. Tibb elminin nailiyyətlərinin qısa zamanda təcrübədə tətbiq edilməsi əhali arasında uroloji xəstəliklər üzrə əlilliyin azalmasına şərait yaradır.
Burada nəzəri biliklərin praktikada tətbiq edilməsi üçün geniş imkanlar var. Şöbə və kabinələr fəaliyyətlərinə uyğun kadr və tibbi avadanlıqlarla təchiz olunub. Mövcud tibbi avadanlıqlarla həm ambulator müayinə, həm də stasionar müalicə aparılır. Böyrəklər, üretra, prostat vəzi xəstəliklərinin müayinəsi, konservativ və operativ müalicəsi, açıq, endoskopik, TUR, laparoskopik nefrektomiya, pieloplastika, prostatektomiya və digər əməliyyatlar həyata keçirilir. Xəstəxananın laboratoriyasında diaqnostika – kliniki, biokimyəvi, hormonal müayinələr aparılır.
– Gənc kadrlar əmək fəaliyyətinə başladığı ilk vaxtlarda çətinliklərlə də üzləşə bilərlər. Yəqin ki, siz də istisna deyilsiniz?
– Bəli, elə vaxtlar olub ki, hansısa diaqnozu qoymaqda çətinlik çəkmişəm. Bu zaman təcrübəli həmkarlarımla məsləhətləşmişəm. Çünki səhv diaqnoz qoymaqdansa, ümumi rəyə gəlmək daha doğrudur. Bu normal haldır və əksər ölkələrin səhiyyə ocaqlarında məhz bu məsləhət-məşvərət, yəni konsilium üçün həkimlərin ayrıca otaqları olur. Bu, bizdə də vardır. Birgə konsilium ilk cərrahi əməliyyatı aparmaqda mənə çox böyük fayda verdi. Belə ki, Sədərək rayonundan olan 77 yaşlı xəstə üzərində TUR əməliyyatı uğurla həyata keçirildi və xəstə tam sağalmış halda evə buraxıldı. Bu, digər əməliyyatlar üçün də stimul oldu.
Konsiliumlarda öyrəndiklərim bir də odur ki, peşəkar həkim savadlı olmaqdan başqa, həm peşəkar psixoloq, həm vicdanlı insan, həm də hamı ilə dil tapa bilən ünsiyyətcil biri olmalıdır. Çalışdığım xəstəxanada belə təcrübəli həkimlərlə çiyin-çiyinə işləmək mənim üçün xoşdur. Ağır anları xəstəsi ilə bərabər yaşayan, onu xilas etməyə çalışan, həyativacib qərarlar qəbul edən təcrübəli həkimlərimiz çoxdur. Onlardan öyrəndiyim budur ki, bu müqəddəs sənətdə professionallıq çox önəmlidir, amma insanlarla münasibət, qarşılıqlı hörmət, prinsiplərə sadiq qalmaq və dürüstlük bunlardan da önəmlidir.
Çalışdığım qısa zaman kəsiyində əvvəlki iş yerlərimlə müqayisələr aparıb həkimlərimizin bilik və bacarıqlarının başqalarından heç də az olmadığına bir daha inanmışam. Bu əminlik onu deməyə imkan verir ki, xəstələrin maddi və mənəvi əziyyətlər bahasına müalicə üçün uzaq ünvanlara üz tutmalarına daha ehtiyac yoxdur. Doğma Naxçıvanımızda onların müalicəsi üçün hər bir şərait vardır. Yetər ki, sağlamlığınızı bizim həkimlərimizə etibar edəsiniz!
– Müsahibə üçün sağ olun!

Hüseyn ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6289631
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7205
13341
111685
339934
6289631

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter