17 Yanvar 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir.
QİÇS-in yaranmasına və yayılmasına daha çox narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik səbəb olur. Bundan başqa, yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibbi alətlər, döymə, qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür, gigiyenik tələblərə cavab verməyən əşyalardan istifadə və başqa amillər də yoluxmaya gətirib çıxara bilər.
Qeyd edək ki, 1996-cı il aprelin 16-da ölkəmizdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” Qanun qəbul olunub. 2010-cu ildə isə qanun yenidən işlənərək bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib.

Naxçıvan Muxtar Respublikasında insanların QİÇS-ə yoluxma səviyyəsi aşağı həddədir. Lakin əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-lə mübarizəni aktuallaşdırır. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan bütün şəxslər laborator müayinələrə cəlb edilir. Bu xəstəliklə yaşayan şəxslərə profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi işinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi fəaliyyət göstərir. Mərkəzin yeni binasında QİÇS-lə mübarizə şöbəsi üçün də müasir iş şəraiti yaradılmış, ən müasir laboratoriya avadanlıqları quraşdırılmışdır.
Bu gün muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslərin hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinələri diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsi tərəfindən bu ilin ötən dövründə 32 min 778 nəfər müayinə olunmuş, bu zaman QİÇS-ə yoluxma halları qeydə alınmamışdır. Həmçinin bu dövrdə QİÇS-lə mübarizə şöbəsinin həkimləri tərəfindən nikaha daxil olmaq istəyənlərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilmişdir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd, yəni nikaha daxil olmaq istəyən şəxslərdə xəstəliklərdən hər hansı biri aşkar edilərsə, həmin xəstəliyin ailə qurduqdan sonra yarada biləcəyi fəsadların aradan qaldırılması, uşaqların, habelə ailənin digər üzvlərinin riskli hallardan qorunmasını təmin etməkdən ibarətdir.
Maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Buna görə də muxtar respublikada profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi, əhalinin sağlam həyat tərzi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada son illər müasir təhsil və idman infra­strukturu yaradılmış, gənclərin asudə vaxtının səmərəli təşkili təmin edilmiş, ən ucqar dağ kəndlərində belə, zəngin fonda malik kitabxanalar istifadəyə verilmişdir. Bu da ölkəmizin gələcəyi olan gənclərin savadlı, dünyagörüşlü və sağlam böyüməsinə imkan verir. Artıq muxtar respublikada zərərli vərdişlərdən uzaq, bilikli və sağlam həyat tərzi keçirən vətənpərvər gənc nəsil yetişir. Gənclər yüksək təhsil alır, beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.
Unutmayaq ki, hər bir insanın sağlamlığı, ilk növbədə, onun özündən asılıdır. Normal həyat tərzi sürmək üçün hər kəs daim öz sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq olmalı, gigiyena və sanitariya qaydalarına əməl etməli, xüsusilə də QİÇS-ə qarşı mübarizədə aktivlik göstərməlidir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6213265
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1082
19231
35319
263568
6213265

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter