21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Son illər əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il payız mövsümündə Naxçıvan şəhərinin 20 tam orta məktəbində 12 min 175 nəfər dərin müayinələrə cəlb edilib. Oktyabrın 9-dan 31-dək davam edən müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb.
Dərin tibbi müayinələr oftalmoloq, stomatoloq, ortoped, ftiziatr, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən aparılıb. Digər xəstəlik əlamətləri müşahidə edilən şagirdlər ixtisas həkimi tərəfindən yoxlanılıb. Oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxıngörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, kon­stisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm və endokrinoloji xəstəliklər aşkar olunub.
Məktəblərdə aparılan tibbi müayinələrdən sonra bu tədbir Naxçıvan şəhərində yerləşən məktəbəqədər müəssisələrdə də aparılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284083
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5460
18197
23657
332289
5284083

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter