25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindən dəvət olunmuş yüksəkixtisaslı həkim briqadaları tərəfindən aztəminatlı ailələrdən olan xəstələrin müayinələrinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud olan müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Bu imkanlardan yararlanan yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda müayinələr, müxtəlif cərrahi əməliyyatlar aparırlar.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası cari ilin may ayından etibarən hər həftənin cümə və şənbə günləri bölgədə analoqu olmayan bu səhiyyə müəssisəsində sakinləri müayinədən keçirir. Həmin tədbirlər ötən həftə də davam etdirilib, noyabrın 2-dən başlayaraq müayinə və əməliyyatlar aparılıb. Həkimlər tərəfindən gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, eləcə də görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb.

Oftalmoloq-cərrah Fərəh Abduləliyeva bildirib ki, iki gün ərzində 41 nəfər müayinədən keçirilib, 3 əməliyyat aparılıb. Əməliyyatlar fakoemulsifikasiya üsulu ilə icra olunub.
Qeyd edilməlidir ki, ümumilikdə, mərkəzin həkimləri tərəfindən indiyədək muxtar respublikanın 2 mindən artıq sakininin müayinəsi aparılıb, 150 nəfər əməliyyat olunub, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verilib.

Səyyar aksiyada göstərilən xidmətlərdən, əsasən, uşaqlar, eləcə də gənclər istifadə ediblər. Ordubad rayonunun Əndəmic kənd sakini Hüseyn Səfərov bildirib ki, aksiya çərçivəsində iki övladı müayinədən keçirilib, lazımi təyinat yazılıb. O, övladlarının başqa yerlərə aparılmadan Naxçıvan Muxtar Respublika Xəstəxanasında pulsuz müayinə edilməsinə görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356584
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2777
19055
96158
404790
5356584

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter