25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazır­lanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan geniş­miqyaslı quruculuq işləri çərçivəsində Şərur rayon Qarahəsənli kənd feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Ötən ay 6 həkim Türkiyə Respublikası İzmit Kocaeli Universitetinə, 5 həkim və 2 həkim-rezident Ankara Qazi Universitetinə, 5 həkim və 2 orta tibb işçisi Bakı şəhər tibb müəssisələrinə, 9 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrinə iş yerində təcrübəyə, 125 orta tibb işçisi Tibb Kollecinə tibb bacısı və vaksinator ixtisası üzrə kurs keçməsi üçün göndərilib.
Oktyabr ayında orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib, imtahanda iştirak edən 156 orta tibb işçisinin 81 nəfəri uğurlu nəticə qazanıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik, Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin iştirakı ilə Azərbaycan oftalmoloqlarının “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransları keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafındakı fəaliyyətinə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edib. Fəxri Fərman Milli Oftalmologiya Mərkəzinin ­direktoru Elmar Qasımova təqdim olunub.
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Beynəlxalq Həkimlər Gününə həsr olunmuş tədbir keçirilib. Əmək fəaliyyətində xidmət və uğurlarına görə 6 tibb işçisinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsinə başlanılıb. 28 min 329 nəfərdə müayinə aparılıb, 1802 nəfər dispanser qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadaları tərəfindən 87 nəfər müayinələrə cəlb olunub, 11 nəfərdə katarakt əməliyyatı yerinə yetirilib.
Muxtar respublikanın Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyalarının təşkilini davam etdirib. Aşura günü ilə əlaqədar rayon və şəhər məscidlərində 545 nəfərdən 217,5 litr qan tədarük olunub.
Ötən ay ərzində 13 nəfər Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 39 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 14 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356653
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2846
19055
96227
404859
5356653

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter